MÜƏLLİM

                               

Soğuq qan donduran qaranlıqların

Qorxunc dalğaları varlığı boğar...

Çox sürməz bu dalğın qaranlıqların

Qoynundan pək parlaq bir günəş doğar.

 

 Hər şey həyat bulur, varlıq canlanır,

Düşənlər yüksəlir enən saflanır,

 Elindən ayrılan, gəlir, toplanır,

Qoşar, ilərilər.. “Yazı pozulmaz”!

 

 

Varlıq çalxalanır, qanlar saçılır,

Dilək dünyasına yollar açılır.

Saxta yıldız sönər, şəfəq saçılır,

Bu sübhün çulpanı-müəllim-toğar.

 

 Toğar səmasında vəzifə bəklər,

Toğarkən də, sönərkən də ,həp gülər,

Arxasında günəş doğar, gülümsər,

Qaranlıq boğulur- yasa pozulmaz!

 

 Adil Nəcdət

 

<< Geri