Şən olan yerləri zalım xəzandan
Bayquş yurdu kibi viranə gördüm,
Ayrılmadın onun eşqindən bir an,
Çalışdın, çarpışdın, şənlənsin dedin.
Baxdın ki, annənin bacında siyah,
İnlər o, yaralı bir əsgər kibi,
Tərrənnümü müdam ağlayıcı ah...
Bir zülmət quyusu görünməz dibi.
Fəqət o zülməti məhv edərkən sən
Nurlandırdın yenə ana diyarı,
Qəm dolu yerləri eyləyərək şən
Sevindirdin sən o pək nazlı yarı!...
Hüseyn Nəcdət
|