1881, 24 fevral
|
Talıbzadə Abdulla Şaiq Mustafa oğlu Tiflis şəhərində
ruhani ailəsində anadan olmuşdur. |
1889-1893
|
Altı sinifli Tiflis məktəbinə daxil olur və IV sinfini
bitirir. |
1893 |
Anası
Mehri xanım və qardaşı ilə birlikdə Xorasana köçürlər. |
1894-1899 |
Əvvəlcə ruhani məktəbində, sonra isə Mirzə Yusif
Ziya mütərəqqi məktəbində təhsilini davam etdirir, türk,
fars və ərəb dillərini öyrənir. |
1900 |
Yenidən Tiflisə qayıdırlar və həmin ilin payızında
Bakıya köçürlər. |
1901, 22 aprel |
İmperator III Aleksandır adına
Bakı kişi gimnaziyasında N. Nərimanovun iştirak etdiyi
komis- siya qarşısında əla qiymətlə imtahan verib, 608
nömrəli şəhadətnaməyə əsasən orta məktəblərdə “Ana dili”
müəllimi hüququnu alır. Rus - tatar məktəbində ana
dilindən dərs deyir. II, III və IV siniflərdə
ehtiyat müəllim olur. |
1902 |
altı sinifli şəhər məktəbinə ehtiyat müəllimi təyin
olunur |
1902
- 1904 |
Bakıda yeddinci rus-tatar məktəb- ində ana dili müəllimi
işləyir. |
1903
- 1906 |
Sabuncuda altı sinifli məktəbdə əlavə dərs deyir . |
1905 |
M. Ə. Sabir, A. Səhhət, M. Hadi,
H. Cavidlə tanış olur. Bakı üçüncü kişi
gimnaziyasında ana dili müəl- limi işləyir. |
“İki
müztərib yaxud əzab və vicdan” romanını yazır. |
1906
- 1907 |
İlk mətbu şeiri “Laylay”, “Dəbistan” jurnalında çıxır.
|
“Molla
Nəsrəddin” jurnalı ona parodiya yazır. |
Müəllimlər qurultayında proqram komissiyasına seçilir.
|
“Molla
Nəsrəddin”in bağlanması münasibətilə Stavropoldan etiraz
teleqramı göndərir |
1906,1 noyabr |
“Füyuzat” julnalının əsas müəllif- lərindən biri
olmuşdur. |
1908 |
Tiflisdə “İkinci il” dərsliyi
çapdan çıxır. |
“Məktub yetişmədi”, “Hürriyyət
pərisinə”, “Yad et” və s. əsərlərini yazır. |
1909
- 1910 |
R. Botşalın “Qafqaz çiçəyi” pyesini təbdil
edir. |
Realnı məktəbdə V. Miskeviçus ilə tanış olur. |
-“Köç”, “Daşqın”, “İntiharmı
yaşamaqmı?”, “Gözəl bahar”, “Hamımız bir günəşin
zərrəsiyik” əsərlərini yazır. “Qafqaz çiçəyi” “Nicat”
turuppası tərəfindən tamaşaya qoyulur. |
“Tülkü həccə gedir”, “Yaxşı arxa”,
“Tıq-tıq xanım”, “Şələquyruq”, “Murad” mənsur
hekayələrini, “Ürək tikmək”, “Çoban Məmiş” adlı uşaq
pyeslərini yazır. |
“Danışan kukla” və “İntiqamçı
xoruz” adlı pyesləri ruscadan iqtibas edir. |
1910-1911 |
“Günəş”
qəzetinin əməkdşlarından biri olmuşdur. |
1911 |
1912-1920 |
Bakı realnı məktəbində Azərbaycan dili və ədəbiyyatı
müəllimi işləyir. |
1912 |
“Gülizar” dərsliyi çapdan çıxır. |
“Nicat” qəzetində Sabirə həsr
olunmuş məqalə və şeiri çıxır. |
1913 |
“Qafqaz çiçəyi” pyesi Azərbay-
canda və Dağıstanda tamaşaya qoyulur. |
- H. Vəzirovun ədəbi fəaliyyətinin
40 illiyi münasibətilə şeiri, “Şələquyruq” və “Murad”
kitabça- ları çıxır. |
1915 |
“Dan ulduzu” və
Məngilisdə “Simurq quşu” şeirlərini qələmə alır. |
-Birinci dünya müharibəsi ilə əlaqədar “Əsrimizə xitab”
və “İblisin hüzurunda” əsərlərini tamamlayır |
Rus dilindən “Danışan kukla” uşaq pyesini təbdil edir. |
1916 |
Dağıstanda “Uşaq bağçası”
açmağa çalışır. |
-Süramidə F.Köçərli ilə görüşür |
1917 |
“Açıq söz “qəzetinin 8 aprel
nömrəsində çarizmin devrilməsi münasibəti ilə yazdığı
“Xanım əfəndilər!” məqaləsi çıxır. |
- İndiki Azərbaycan Dövlət İqtisad
Univer-sitetinin binasının birinci mərtəbəsində yerləşən
“Nümunə məktəbi”nin əsasını qoyur. |
1918 |
İlk dəfə olaraq realnı məktəbin nəzdində milli siniflər
yaradır. |
“Əsrimizin qəhramanları” romanını tamamlayır. |
1919 |
“Milli qiraət”, “Müntəxabat”, “Türk çələngi” və
“Ədəbiyyat dərsləri” dərsliklərini nəşr etdirir. |
1920 -1930 |
B.İ. Lenin adına Azərbaycan Dövlət
Universitetində, Şaiq adına Nümunə məktəbində, Bakı qız
və oğlan pedaqoji texnikumunda, fəhlə fakultəsində, Əli
Bayramov adına qadınlar kulubunda müəllimlik etmiş,
Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan dili, Ədəbiyyat
nəzəriy- yəsi və metodikası fənnlərindən mühazirələr
oxumuşdur. |
Ali Pedaqoji İnistitutu, fəhlə
fakultələri və texnikumları üçün dərslik hazırlayan
komissiyanın üzvi olmuşdur. |
-Şəhzadə xanım Mirzəbəyova ilə
evlənir. Altıaylıq kurslarda və birillik Şərq
fakültələrində dərsə başlayır. |
-“Türk ədəbiyyatı” dərsliyi çıxır.
|
1921 |
Rayonlarda mədəni-maarif
işlərin- in təşkilinə kömək üçün Göyçaya,
Qaraməryəm, İncə, Diyallı kənd- lərinə gedir. Ali
pedaqoji institutun yaradılmasında fəal iştirak edir,
Şərq ədəbiyyatından dərs deyir. |
“Gənclik marşı”, “Üsyan et”, “Şərq
gözəlinə” şeirlərini, “Həqiqətə dair”, “Yazıya pozu
yoxdur” pyeslərini yazır. Bu əsərlər “Tənqid-təbliğ”
teatrında oynanılır. -“İkinci il” dərsliyi çıxır. |
1922 |
Qızı Altunsaç vəfat edir. “Qızım
Altunsaça”, “Bizimlədir” şeirlərini qələmə alır. |
-“Milli qiraət” kitabı çap edilir. |
1923 |
-Azərbaycan kişi Pedaqoji İnistitu- tunda ədəbi və
pedaqoji fəaliyyətinin 20 illiyi münasibəti ilə
təntənəli yubileyi keçirilmiş, 1917-ci ildə
beynəlmiləlləşdirdiyi, sonralar inis- titutun hazırlıq
siniflərinə çevrilən məktəb Şaiq adına “Nümunə
məktəbi” adlandırılmışdır. |
1924 |
Ali Pedaqoji İnstitutun üçilliyi
münasibəti ilə “İnstitut və Azərbay- can” məqaləsini
“Azadlıq pərisinə”, “Əmək pərisinə”, “Bir az da atəş
qat” və.s. əsərlərini yazır. |
-“Qiraət kitabı”, “İkinci il”
təkmilləşmiş şəkildə çap olunur. |
1925 |
Ədəbiyyat cəmiyyəti”nin məsul
katibi seçilir. |
-Yeni türk əlifbası komissiyası
“Qiraət kitabı”nı buraxır. |
-“Maarif və mədəniyyət” jurnalında M.F.Axundovun
“Aldadılmış kəva- kib”, H.Cavidin “İblis” əsərləri
haqqında məqalələri çıxır |
1926 |
H.Zeynallı, İ.Hikmət, A.
Musaxanlı və Mustafazadə ilə birlikdə “Türk dili və
ədəbiyyatı proqramı”nı hazırlayır. “Sənət nəğməsi”,
“Gözlər”, “Əməkçi qadınlara” şeir- lərini yazır.
|
-“Ədəbi parçalar məcmuəsi”ndə “Molla Pənah Vaqif”
məqaləsi çıxır |
1927 |
Qarakilis xatirəsini yazır.
“Maarif işçisi jurnalı”nda “1905-ci il inqilabından
sonra yetişmiş ədəbiy- yatımıza bir nəzər” adlı
məqaləsi çıxır. |
-“İldırım” pyesi kitab halında çap
olunur. |
1928 |
“Əsəbi adam”, “Əzim dayı” hekayələrini, silsilə uşaq
şeirlərini yazır. H.Zeynallı, A.Musaxanlı, C.Əfəndizadə
ilə hazırladığı “Ədəbiyyatdan iş kitabı” nın I hissəsi
çap olunur |
1929 |
Zaqafqaziya yazıçılarının dostluq
səfərində iştirak edir. Pedaqoji texnikumun 10
illiyi münasibətilə “Gənc müəllimlərə” “Üç lövhə”,
“Gənclərə” şeirlərini yazır. |
1930-1927 |
Bünyadov, Şamilov, Veysovla buraxdığı “Dördüncü il” in
dördün- cü nəşri çap olnur. |
1931-1932 |
Şuşa Pedaqoji texnikumuna
Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin edilir.
|
“Oktyabr”, “İlham qaynağım”, “O
bağışlar”, “Mən də qayaların yalçın başında”
və s. əsərlərini yazır. Anası vəfat edir. S. Vurğunla
qohum olur. |
1932-1934
|
M. Əzizbəyov adına Qırmızı bayraqlı Neft İnistitutunda
Azərbay- can dili və ədəbiyyatı müəllimi işləyir |
1933 |
Firdovsinin “Şahnaməsi” ndən
“Məzdək və Qubad” hissəsini tərcüməyə başlayır. |
“Eşşək üstündə
səyahət” kitabçası çıxır. |
1934 |
Sovet Yazıçıları İttifaqının
üzvülüyünə qəbul edilir. |
“Cocuq şeirləri” və “Oyuncu
bağalar” kitabları çap olunur. Xəstəliyinə görə pedaqoji
fəaliyyət- indən uzaqlaşır. Şekspirin “Maqbet”
əsərini tərcümə edir. |
1935-1936 |
“Azərnnəşr”in Uşaq ədəbiyyatı şöbəsində redaktor
vəzifəsində çalışır. |
1935 |
Gürcüstanda poeziya həftəsində iştirak edir.
|
1936 |
-“Правда” qəzeinin çağırışına
cavab olaraq yazılan “Xasay” povesti Azərbaycanda sovet
hakimiyyəti qurulmasının 15 illiyi ilə əlaqədar
keçirilən müsabiqədə mükafat alır.- |
APİ- də Şərq ədəbiyyatından saat
hesabı ilə dərslərini davam etdirir. |
Nizaminin “İsgəndərnamə”əsərinin
tərcüməsi ilə məşğul olur. “Tapdıq dədə” poemasını
yazır. |
İlk dəfə “Seçilmiş əsərləri”
çapdan çıxır. Rus dilində “hekayələr” kitabı çap olunur. |
1937 |
-“Araz” romanını, “Qocpolad”
poemasını tamamlayır |
-“Xasay” pyesi GTT-da oynanılır. |
Gənc tamaşaçılar teatrında bədii
pedaqoji hissənin rəhbəri vəzifəsində çalışmağa
başlayır. |
1938 |
Ovcu məstan” poemasını yazır.
|
Nizaminin yubley komissiyasına üzv
seçilir. |
1939 |
M.Qorki adına Gənc Tamaşaçılar
teatırına bədii pedaqoji bölmənin müdiri vəzifəsinə
təyin edilir. |
Gənc Tamaşacılar teatırının 10
illiyi münasibətilə keçirilən müsabiqədə “Xasay” pyesi
ilin ən yaxşı tamaşası hesab edilir. Teatrla bərabər
Moskvaya qastrol səfərinə gedir |
“Eloğlu” pyesini bitirir. |
1940 |
Azərbaycan SSR Baş Soveti
Prezidiumunun fərmanı ilə incəsənət sahəsindəki
xidmətlərinə görə Azərbaycan SSR “Əməkdar incə- sənət
xadimi” adı verilmişdir. |
- Moskvada keçirilən Azərbaycan
ədəbiyyatı və incəsənəti ongün- lüyündə Gənc
Tamaşaçılar teatrının yaradıcı kollektivi ilə birlikdə
iştirak etmişdir. |
- Yeni Əlifba komissiyasına üzv
seçilir. Çaykovski adına Dövlət konservatoriyasında,
Yazıçılar İttifa- qında görüşlərdə olur. |
Eloğlu”nun tamaşası keçirilir |
-“Araz” romanı çapdan çıxır. |
1941-1943 |
“Vətən” pyesini yazır və tamaşaya qoyur. |
1944 |
- İ.A.Krılovun anadan olmasının
100 illik yubleyi münasibətilə silsilə tərcümələr edir,
“Yarpaqlar və köklər”, “Cırcırama və qarışqa”
təmsilləri mükafata layiq görülür. |
1945 |
- SSRİ Ali Soveti Rəyasət
heyətinin fərmanı ilə “Qafqazın müdafiəsinə görə” və
Böyük Vətən müharibəsində “Fədakar əməyə görə
1941-1945-ci illər” medalları ilə təltif
edilmişdir. |
-“Zəfər nəğməsi”, “Zəfər müjdəsi”,
“Ata öyüdü” şeirlərini yazır. |
- “Ana” pyesi Gənc Tamaşaçılar
Teatrında səhnəyə qoyulur. |
1946 |
SSRİ Ali Soveti Rəyasət heyətinin
fərmanı ilə mədəniyyət sahəsindəki xidmətlərinə görə və
anadan olmasının 65 illiyi münasibitilə “Lenin ordeni”
ilə təltif edilir. |
-Azərbaycan SSR Xalq
Komissarlığının “Uşaq və Gənclər Ədəbiyyatı”
nəşriyyatında redaktor vəzifəsində çalışmışdır. |
-SSRİ Ali Sovetinə deputat
seçilmişdir. |
- “Nüşabə” dramı M.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulur. |
1947 |
Nizaminin 800 illik yubleyində komissiya üzvü və
tərcüməçi kimi iştirak edir. Yubley münasibətilə Gənc
Tamaşaçılar Teatrında “Fitnə” oynanılır. |
1948 |
- S.Sani Axundov ilə dostluğunun
40 illiyi münasibətilə “Qaraca qız”ı səhnələşdirir. |
-Moskvada SSRİ Ali Sovetinin
sessiyasında iştirak edir. |
-“Seçilmiş əsərləri” və “Qoçpolad” çapdan çıxır |
1949-1950 |
-Azərbaycan Mədəni əlaqələr
Cəmiyyətində baş referent işləyir.
|
-“Təbriz”, “Sülh və Azadlıq düşmənlərinə”, “Timsah
ovu” əsərlərini yazır. |
1951- 1952 |
- Anadan olmasının 70 illiyi qeyd
olunur. “Qoşqar” poeması və yenidən “Araz” romanı
üzərində işləyir. |
1953 |
- “Köhnə dünya” xatirələrini
yazır. |
-Gənc Tamaşaçılar Teatrının 25 illik yubleyində iştirak
edir |
1954 |
Uşaq kitabxanasına Abdulla Şaiqin
adı verilmişdir. |
“Xatirələrim”, “Azərbaycan” jurnal
ında hissə-hissə buraxılır. SSRİ xalq artisti M.Əliyevin
ölümü müna- sibətilə “Həqiqi sənətkar ölməzdir”
xatirəsini yazır. |
1955 |
Ümumdünya Sülh Şurasının
müraciətinə cavab olaraq “Mən sülhə səs verirəm”,
“Kommunist” qəzetinin 10000-cı nömrəsi münasibəti ilə
“10000” məqaləsini yazır.
|
- “Vəzifə” adlı pyes üzərində
işləyir. |
1956 |
- SSRİ Ali Sovetinin Rəyasət
heyətinin fərmanı ilə Ədəbiyyat sahəsindəki xidmətlərinə
görə və anadan olmasının 75 illiyi müna- sibəti ilə
“Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. |
SSRİ Ali Sovetinə deputat
seçilmişdir |
-Azərbaycan SSR Maarif Nazirliyi
kollegiyasının qərarı ilə “Qabaqcıl maarif xadimi”
nişanı ilə təltif edilmişdir. Səməd Vurğunun 50 illik
yubileyi və vəfatı münasibəti ilə xatirələr yazır. |
1957 |
-Moskvada SSRI Ali Sovetinin
sessiyasinda iştirak edir. |
-Üç cilddən ibarət “Seçilmiş əsərləri” nin I cildi
çapdan çıxır. |
1958 |
- Köhnə müəllim dostu, sonralar
Litva SSR Elmlər Akademiyasının prezidenti və Litva SSRİ
Ali Soveti Rəyasət heyətinin sədri V.Miskevi- çus
haqqında xatirələrini yazır. |
-“Bir saat xəlifəlik” komediyası
tamaşaya qoyulur. |
1959,
24 iyul |
-Vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur. |
1960 |
Üç
cildliyin II, III cildləri çapdan çıxır |
1966-1978 |
Şaiqin beş cilddən ibarət külliyyatı nəşr olunur |
1974, 26 iyul
|
Azərbaycan Dövlət Kukla Teatırına Abdulla Şaiqin adı
verilmişdir |
1981 |
Şaiqin anadan olmasının 100 illik yubleyi keçirilmişdir |
1990 |
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı ilə ədibin 1914- cü ildən yaşadığı
Verxni Naqornı küçəsinin 21 saylı binasında yerləşən
(indiki Abdulla Şaiq küçəsi adlanan) mənzilinə “Abdulla
Şaiqin Mənzil Muzeyi” adı verilmişdir. |
- Yasamal rayonu MKS-in bir
filalına, Nərimanov rayonundakı bir kitabxanaya,
Nəsimi rayonun 54 saylı tam orta məktəbinə və
Gəncə şəhərinin ən yaxşı küçələrindən birinə Abdulla
Şaiqin adı veril- mişdir. |
2001 |
Anadan olmasının 120 illik yubleyi qeyd olunmuşdur. |
2011 |
Anadan olmasının 130 illik yubleyi qeyd olunmuşdu |