Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu
Mehdizadənin təxəllüsü) 1874–cü ildə Şamaxıda anadan olmuşdur.
Ilk təhsilini atasının Şamaxıda açdığı məktəbdə almış, 1894-1900 illərdə Tehran Universinetinin tibb
fakultəsində oxumuşdur. 1901 ci ildə Şamaxıya qayıdaraq həkimlik və müəllimlik etmişdir.
Abbas Səhhət fəal mədəniyyət xadimlərindən olmuşdur. Məktəblər, kitabxanalar açılmasına çalışmış,
M. Mahmudbəyovla birgə “Yeni məktəb” (1909) və “Türk ədəbiyyatına ilk qədəm” dərsliklərini
yazmışdır. M.Ə. Sabirin yaxın dostu olmuş, onun əsərlərini ilk dəfə toplayıb nəşr etdirmişdir (1912).
Abbas Səhhət-in ilk şeiri 1904 ildə “Şərqi-Rus” qazetində çap olunmuşdur.
1905-07 illər inqilabı onun yaradıcılığına ciddi təsir göstərmişdir.
Abbas Səhhət təqlidçiliyin əleyhinə çıxaraq, şeirdən ictimai məzmun tələb edirdi (“Yeni şeir necə olmalıdır”, 1905). Vətənin, xalqın taleyi Abbas Səhhətin lirikasının əsas mövzusu idi.
Lakin şair ictimai həyatda baş verən bir sıra mürəkkəb prossesləri aydın dərk edə bilmir, böhran keçirirdi.
O, bir tərəfdən xalqı maarifə, mədəniyyətə çağırır (“Fəryadi- intibah…”, “Nitqi-mənzum”) azadlığa ümid bəsləyir
(“Dilbəri hürriyyətə qitə”, “Yad et!”) digər tərəfdən isə bədbinləşirdi (“Oxucularıma”, “Şikayət”).
İctimai- siyasi görüş dairəsi genişləndikcə, Abbas Səhhətin yaradıcılığındakı realist meyllər qüvvətlənmişdir.
Şair İran Azərbaycanında milli azadlıq mübarizəsini əks etdirən “Əhmədin qeyrəti” (1911) poemasını,
burjua- mülkədar əxlaqı əleyhinə çevrilmiş “Özlərini sevənlərə”, “Müsəlman ürəfaları” şeirlərini yazmışdır.
“Şair, şeir pərisi və şəhərli” (1916) poemasında Abbas Səhhət sənətkarı xalq həyatı illə bağlı olmağa çağırırdı.
Abbas Səhhətin nəsr əsərləri də var (“Bədbəxt ailə”, “Qaragünlü həlimə” hekayələri və s.)
“Volqa səyahəti” romanı, “Əli və Aişə” əsəri itmişdir.
Abbas Səhhət uşaqlar üçün şeir, təmsil və pyeslər yazmışdır. (“Güllərin bəhsi”,
“Yaz”, “Ata və oğul”, “Küçə uşağı”, “Cəhalət səmərəsi…” və s.).
Vətən məhəbbəti, təbiət, əxlaq və tərbiyə məsələləri bu əsərlərin əsas mövzularıdır.
Abbas Səhhət rus, ərəb, fars və fransız dillərini bilən görkəmli tərcüməçi olmuşdur.
Onun İ.A.Krılov, A.S.Puşkin, M.J. Lermontov, S.Nadson, A.Koltsov, M.Qorki,
V.Göte, A. Müsse, N.Bartaşvili, A.Sereteli və başqalarından etdiyi tərcümələr bu gün də bədii
dəyərini itirməmişdir.
Əsas tərcümələri “Məğrib günəşləri” (2 cilldə,1912) kitabında toplanmışdır.
11 iyul 1918 ci ildə Gəncədə yatalaq xəstəliyindən vəfat etmişdir. Anadan olmasının 100 illik yubleyi keçrilmişdir.
|