1874

Abbas Səhhət Əliabbas oğlu Mehdizadə Şamaxıda anadan olub.

1881

Atası Əlabbasın Şamaxıdakı məhəllə mollaxanasında təhsil almağa başlayıb.

1894

Təhsilini davam etdirmək üçün İranın Məşhəd şəhərinə gedərək, orada Mirzə Cəfər mədrəsəsində oxuyur.

1894-1900-

Tehranın “Mədrəsəyi-nizamiyyeyi-Nasiriyyə” nin tibb şöbəsində təhsil  alıb.

1898

Şiraza gedir, məşhur İran şairləri Sədi və Hafizin məzarlarını ziyarət edir, onlara həsr olunmuş şeirlərini yazıb.

1901

İrandan Şamaxıya qayıdıb. Mirzə Ələkbər Sabir, Ağəli bəy Naseh, Məşədi Məhəmməd Tərrahla dostluq əlaqələri başlayıb.

1902

Soltan Nisə ilə evlənir.

1903

Tanınmış pedaqoq Firidun bəy Köçərli ilə tanış olur.

 

Məqalələri “Şərqi-rus” qəzetində çap olunub.

1904

“Abbasqulu təbib Mehdiyev Şamaxılı” imzası ilə ilk şeiri nəşr olunur. (“Şərqi-rus” qəzeti, 3 mart, 1904, №25).

1905

Abdulla Şaiq ilə Şamaxıda tanış olub, ona ilk şeir və tərcümələrini göndərib.

Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşularaq “Füyuzat” jurnalının əsas müəlliflərindən biri olmuşdur.

“Təzə şeir necə olmalıdır?” məqaləsi, “Poetik nitq”, “Azadlığa məhdiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü gördü.

1906

Şamaxı realni məktəbinə Azərbaycan dili müəllimi təyin olunub.

“Yeni üslublu məktəblər” ideyasını təbliğ edir.

Tərcüməçi kimi fəaliyyət göstərib, rus, alman, fransız dillərindən bədii əsərlər tərcümə edib.

1907

Şamaxı qiraətxanasının açılışında fəal iştirak edir.

1908

Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasının premyerasında iştirak etmək üçün Şamaxıdan Bakıya gəlir.

Mart ayının 8-də yerli həvəskar ziyalılarının dəstəyilə Şamaxıda N. Vəzirovun “Adı var, özü yox” komediyasını tamaşaya qoyur.

1909

Yeganə qızı Ruqiyyə Soltan anadan olur.

M.Mahmudbəyovla birgə “Yeni məktəb” (üçüncü ilə məxsus qiraət kitabı) nəşr olunur.

M.Y.Lermontovdan tərcümə etdiyi “Mtsıri” poeması “Yeni məktəb” dərsliyində çapdan çıxıb.

1906

1910

 “Həyat”, “İrşad” qəzetlərində, “Füyuzat”, “Dəbistan”, “Rəhbər”, “Zənbur” jurnallarında, “Türk əlifbası”, “İlk qiraət”, “Yeni məktəb”, “İkinci il” dərsliklərində şeirləri nəşr olunur.

1911

Sabirin ölümü münasibətilə “Məlumat” qəzetində iki şeiri, “Yeni irşad” qəzetində “Sabir” məqaləsi çap edilir.

1912

“Sınıq saz” adlı ilk kitabı çap olunub.

M.Ə.Sabirin vəfatından bir il sonra şairin əsərləri həyat yoldaşı Billurnisə xanımın, dostları Abbas Səhhət və Mahmudbəy Mahmudbəyovun səyi ilə “Hophopnamə” adı ilə çap olunub. Kitabda A.Səhhət Sabirin tərcümeyi-halını da yazıb.

“Məğrib günəşləri”, “Neft fontanı”, “Yoxsulluq eyib deyil” kitabları nəşr edilib.

1913

Sabiq tələbəsi İsmayıl Həqqi Veysov və Əlövsət Əfəndiyev ilə birlikdə Stavropol yaylağına gedir. “Volqa səyahəti” romanını yazır.

1914

Mövzusu Azərbaycan məişətindən götürülmüş “Əli və Aişə” romanını yazır. “Cəhalət səmərəsi yaxud bir yetimin xoşbəxtliyi” əsəri nəşr olunur.

M.Mahmudbəyovla birgə “Türk ədəbiyyatına ilk qədəm” (ali və edadi məktəblərin aşağı siniflərinə məxsus) dərsliyi nəşr olunur.

Mirzə Ələkbər Sabir Tahirzadənin “Hophopnamə” sinə müqəddimə yazıb.

1917

Çarizmin devrilməsini, 1917-ci il fevral burjua inqilabını alqışlayan “Şamaxıdan” başlığı ilə məqalələri çıxır.

1918

Mart ayında özü və qardaşı ailəsilə Şamaxıdan Gəncəyə köçür.

İyul ayında yatalaq xəstəliyindən vəfat edir.

1928

Ə.Müznibin tərtibi, H.Zeynallının redaktəsilə “Müntəxəbat” adlı şeirlər kitabı nəşr olunmuşdur.

1935

“Seçilmiş əsərləri” (tərtibçi: Ə.Müznib, redaktoru: Seyid Hüseyn) çap edilir.

1938

“Seçilmiş şeirlər” (redaktoru Axundov; rəssamı Ə.Hacızadə) adlı kitabı nəşr olunub.

1939-1940

Azyaşlı uşaqlar üçün “Bağça” (redaktoru M.Seyidzadə) kitabı nəşr edilib.

1945

Mikayıl Rzaquluzadənin redaktəsilə “Müntəxəbat” adlı şeirlər kitabı təkrar nəşr olunub.

1947

Şairin məzarı Kirovabadın (Gəncənin) “Səbisgər” qəbiristanlığından Pioner küçəsindəki Sahil bağına köçürülüb.

1949

Məzarı üzərində büstü qoyulub (Heykəltəraş H.Əhmədov).

1948

1949

“Seçilmiş şeirlər” (redaktoru F.Qasımzadə) kitabı nəşr olunub.

1950

Bir cildlik seçilmiş əsərləri nəşr olunur. (Tərtibçi: Kamal Talıbzadə, redaktoru: Abbas Zamanov).

1954

Nəsimi rayonunda yerləşən XI Qızıl Ordu adına kitabxananın nəzdində Abbas Səhhət adına Kütləvi Kitabxana fəaliyyətə başlayıb. 2005-ci ildə kitabxananın fəaliyyəti dayandırılıb.

“Şeirlər” (redaktoru X.Əzizbəyov; rəssa-mı R.Əmirov) kitabı çap olunub.

1958

“Seçilmiş şeirlər” (redaktoru Kamal Talıbzadə) kitabı çapdan çıxıb.

1968

“Şeirlər” (tərtibçisi X.Musayeva, redak¬to¬ru İ.Tapdıq) kitabı nəşr olunub.

1970

Nəsimi rayonundakı 6-cı Dağlıq küçəsi Abbas Səhhət adına küçə adlandırılmışdır.

1971

Gəncə şəhər 1 saylı xəstəxanaya Abbas Səhhətin adı verilib və büstü qoyulmuşdur.

Gəncə şəhəri Kəpəz rayonunda küçələrdən birinə Abbas Səhhətin adı verilib.

1974

Azərb. Kommunist Partiyasının Mərkəzi Komitəsinin qərarı ilə 100 illik yubileyi keçirilib.

1974

1976

İlk dəfə ikicildlik “Əsərləri” külliyatı nəşr olunur. (tərtibçi: Kamal Talıbzadə, redaktoru: Əziz Mirəhmədov)

1984

“Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyasından “Seçilmiş əsərləri: M.Ə.Sabir, A.Səhhət” (tərtibçisi K.Talıbzadə) kitabı nəşr olunub.

2005

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə "Seçilmiş əsərləri" çap olunub.

2006

“Seçilmiş əsərləri: Abbas Səhhət. Abdulla Şaiq” kitabı nəşr edilib.

<< Geri