Məsləkim tərcümeyi halımdır,
Lütfi-həqq qayeyi-amalımdır.
Dünya gör-götür dünyasıdır. Biz gördüklərimizi götürsək, nə eybi var?
“...Bu dünyanı biz lisanımız vasitəsilə öyrəndik, dilimiz vasitəsilə tərbiyə tapdıq. Onu sevməmək olarmı?...”
Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən vətənü millətimi
Beş ilin müddətində o, ədəbiyyatımızda böyük bir inqilab yaratdı...
köhnə şeirlə yeni şeir arasında bir əsirlik qədər uçurum açdı ki,
geri dönməyə kimdəsə cürət və cəsarət qalmadı.
Sabir şeir və şairə qiymət qoyan bir nəfəri görməklə
(F.Köçərli nəzərdə tutulur-K.T.) bu tarixdən ciddən çalışmağa başlayır.
“Sabir öldü demirəm, şeir evi viran oldu.”
Sabir əsərlərində işlətdiyi ibarələr və yeni məzmun kimsəni təlqin deyil,
məhz öz fikirlərinin nəticəsidir. Sabir göz yaşlarının arasından gülən
Qoqoldan ziyadə Saltıkova bənzəyir.
“Mən müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm”.
“Qanuni-həyatdır, yaşamaz cahil olan qövm.”
“İstərəm qaçmaq, lakin yük ağır, yol da yoxuş,
Nasıl uçsun qanadı sınmış, əzilmiş bir quş?”
Şüərayi-sabiqəmizin əşar və ədəbiyyatının təbii əhvala muğayir
olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi, heç bir
surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur.
Bir xalqı çökdürmək üçün onu silahla, top-tüfənglə qırmağa ehtiyac yoxdur.
Daha rahat yol var – savadsızlıq. Bütün addımlar cəmiyyətin savadsız olması üçün atılarsa,
təhsil pula çevrilərsə savadsızlıq çoxalar, mütaliə azalar. Zəkalı, ziyalı insanlara hörmət və
rəğbət azalar. Lazımsız və yersiz zarafatlara gülüş çoxalar və ehtiyac artar.
Nəğmə, vəzn, sözləri kökləşdirir, ürəyə qədər nüfuz edir və bu vasitə ilə şagirdlərdə əxlaqi və vətənpərvərlik duyğuları oyadır.
“Elm, hər kəs yiyələnmək istəsə onundur. Bu mətləb məni vadar etdi ki,
qərb ədəbiyyatından bəqədri-qüvvə öz dilimizə tərcümə etməklə əhalimizi
onların asarına aşina edim. Tainki o şümusi-elm və ürfanın ənvari-əşüəsilə
bizim də zülmətdə qalan duyğularımız işıqlansın... şairlərimiz onlara nəzirə yazmaqla
yeni-yeni, gözəl-gözəl əsərlər meydana gətirsin və bununla bizim də ədəbiyyatımız dövlətlənsin və tərəqqi etsin.
Edadi məktəblərdə ana dilinin məqulanə qayda təhtinə alınması
sair dərslərdə və şagirdlərin istedadlarının artmasına səbəb ola bilər
və mütəllimlərin əqli və zehni səviyyəsini yüksəltməyə mucib olar.
Əfradi-millətdən hər kəs gərək öz öhdəsinə düşən vəzifəni ifa etməkdə qeyrət göstərsin...
bu əsri-hazırda, millətlərin çarpışdığı bu zamanda boş oturub quru bir istimdad ilə vaxt
keçirmək məsiyətdir. Yaşamaq istəyirsən, gərək çalışalım... cəmiyyətlər təşkil edəlim;
avam kütlənin başını bir yerə toplamağa, ümumi ruhu yeniləşdirməyə çalışalım.
Burada zənni-acizanəmə görə vəzifənin ən ağırı, ən zəhmətli hissəsi el müəllimlərinin
öhdəsinə düşür. Hamıdan artıq gərək onlar ciddi surətdə işə girişsinlər, əzm göstərsinlər,
təpərli olsunlar. Qonşu millətlərin müəllimləri necə ciddi-cəhd ilə çalışırlarsa,
necə qeyrət göstərirlərsə, biz də onlardan ibrət dərsi alalım.
İndi nə etməli? Zənni-acizanəmə görə indi istirahəti millətə fəda etməliyik. Hürriyyət və
məşrutiyyət babına sadə və asan bir dil ilə camaata bəyanat vermək, əmnü asayişi bərpa etmək,
hürriyyətin möhkəm və payidar olması xüsusunda təlqinat və təbliğatda bulanmalıdır. Durmaq vaxtı deyil,
işləmək, çalışmaq vaxtıdır.
Ey xalqın bərgüzidə alimləri, ey millətin möhtərəm müəllimləri! Ümidi-istiqbal sizədir.
Millətin göz dikəcəyi sizlərsiniz. Qoşunuz millətin imdadına, qoşunuz...
Millətin səviyyəyi-fikriyyəsini, yüksəltməyə, balaları pərvaz etməyə çalışınız...
Təlimləriniz ilə cahanın çöhrəsini sizlər dəyişdirə bilərsiniz, ey müəllim əfəndilər.
Bizdə milliyyət duyğusu ölür. Hər şeydə avropalıları təqlidən bütün varlığımızı unutmağa,
hürriyyəti-milliyəmizi qeyb etməyə mayilik. Məsum balalarımızı hələ göz açmamış xarici
mürəbbiyələrə təslim edirik. Bədbəxt balalarımızın dünyanı bilməmişdən, tanımamışdan ruhunu
zəhərləyib öldürürük... Çünki insanın həqiqi ruhu dəyanət və milliyyətdir. O zəhərləndikdən sonra,
o məhv olduqdan sonra yerdə nə qalır? Cansız bir cəsəd.
“Şair dövrünün ayinəsidir. O, əldə alət ola bilməz”.
Şeirin, sənətin qarşısında böyük ictimai vəzifələr durur. Odur ki, biz daha rindanə yazmamalıyıq,
xalqın dərdlərinə, ehtiyaclarına biganə qalmamalıyıq. Zəhmətə qatlaşmalı, çətinliklərdən çəkinməməliyik.
“Yazı yazdığımız vaxt hər şeydən müqəddəm hissiyyata tabe olmaq gərək,
tainki kəlamın oxuyanların qəlbində təsiri ola və başqasının hissiyyati-qəlbiyyəsini oyandıra.
Bu surətdə hissiyyatı bilmək lazımdır. Hissiyyat iki növdür: cəli və təbii. Hissiyyati-cəliyyənin
kimsəyə təsiri ola bilməz. Hissiyyati-tərbiyyədir ki, başqasına təsir edə. Yazılmış şeirlərin məzmunları
bir levhəyi-nəqqaş kibi tamam nuqat və dəqayiqi-mətləbi bəyanə gətirə”.
Bəzi cənablar qəzetdə yazılan ibarələrin çətinliyini bəhanə edirlər.
Ay gözəlim! Tutalım ki, sən deyəndir. Qəzetlərimizin mübarizələri sənin idrakından üstündür.
Hə, “Molla Nəsrəddin” jurnalının dili ki, lap asandır,
kor da oxuya bilər. Bəs onucığazı nə üçün alıb oxumursunuz?..
Dəyişməkdir tərəqqinin əsası.
Ürəfamızdan milli adətlərimizi həmişə nəzərdə tutmaqların təmənna edirəm, bunlarsız millət yaşamaz.
“Molla Nəsrəddin” meydana çıxınca artıq hər sahibi-zövq Sabir əfəndinin ondakı nümuneyi
- əşarına məftun olmaqdan kəndini alamadı. O gözəl şeirləri oxuyub da anlayanlar, o
gözəlliklərin zövqünə, fərqinə varanlar onları hifz etməyə həvəs etdilər. Şairlərimiz,
yaxud mütəşairlərimiz o şiveyi-müstəhsəndə yazmağa, təqlidə başladılar. Daha bilmərrə köhnə üslub tərk olundu.
Lazımınca ana dilini bilməyən bir çocuq hökümət dilini öyrənə bilməz.
Nə fayda ki, el müəllimləri adlanan zatların əksəri ana dilinə əsla rəğbət
və məhəbbət etməyirlər, istər evlərində, istər məktəblərində ana dilinə dair bir vərəq-para olsun,
bulundurmayırlar. Hətta bəziləri var ki, bu dəyərli ada, bu ehtiramlı mövqeyə əsla istehdadları yoxdur.
İndi gəl belə adamlar üçün həqqi-səy elə, zəhmət çək, axırda bu da aldığın muzd.
Doğrusu bizim müsəlmanlar üçün müəllim olmaqdan çətin əzab olmaz. Çalış, vuruş, zəhmət çək, əziyyətdə qal,
buna yalvar, ona yalvar, bunun üçün iş düzəlt, axırda razılıq əvəzinə söyüş eşidəcəksən.
Ay, bilmirəm nə vaxt xeyir və şərimizi qoyub, dost və düşmənimizi tanıyacağıq.
`“Yazmaq bir fikrə möhtac isə, tərcümə etmək iki fikrə möhtacdır...”
İş yalnız dil bilməklə, müəllimləri fəallaşdırmaqla bitmir. Bununla yanaşı,
xalqın mənəviyyatını, hissiyyatını tərbiyyə etmək, adətlərini öyrənmək,
bir sözlə, onu milli zəmində inkişaf etdirmək lazımdır. Başqa millətlərə aludə olmaq yox,
onlardan öyrənmək lazımdır. Öz qədrini bilməyənin qədrini özgə heç vaxt bilməz.
Mükəmməl bir dil zəmanəmizdəki dəhşətli silahlardan ən qiymətlisidir.
Hər klassikin üslubu onun şəxsiyyətidir.
Hə gərəkdir yazasan faidəsiz nəğmə, qəzəl,
Yoxmu könlündə məgər gizli böyük milli əməl.
Mədəni millətlərdə gördüyümüz böyük fədakarlıqlar bütün
uşaqlarda öyrədilmiş bu kimi nəğmələrin, şərqilərin nəticəsidir.
Ayıl, ey ümməti- mərhumə, ayıl!
Ayıl, ey milləti- mərhumə, ayıl!
Oyan, ey milləti-əziz, oyan!
Sənə vabəstədir nicatı vətən.
Əsgər musiqi arxasında gedərkən intizamı saxlar, yorğunluğu daha cox davamlı olar.
Onun üçündür ki, hamballar da ağır bir yük qaldırmaq istədikdə və yainki cütcülər
kotan sürdükləri vaxt hərəkətlərini nəğmələr, şərqilər vastəsilə intizama salarlar.
|