Mikayıl Rzaquluzadənin həyat və yaradıcılığının əsas tarixləri

1905, 17 mart

Bakıda anadan olmuşdur.

1912-1913

İbtidai təhsilini yeni üsullu “Mədrəsəyi-nur” məktəbində və mollaxanada almışdır.

Yeni üsullu 5 saylı “Rus-müsəlman” məktəbində, həm də xüsusi müəllim yanında hazırlaşıb Bakı ticarət məktəbinə daxil olmuşdur.

1920-1921

Azərbaycan hərbiyyə-bəhriyyə komissarlığında şöbələrarası rabitəçi işləmişdir.

1922-1923-

Birinci Azərbaycan Ali Pedaqoji İnstitutu nəzdində “A.Şaiq adına nümunə məktəbi”nin son sinfində oxuyarkən ekstren imtahan verib Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuşdur.

Ədəbi fəaliyyətə “Abdulla Şaiq” kitabçasında çıxan “Müəllim” (Abdulla Şaiqin 50 illiyi münasibətilə) şeiri ilə başlamışdır.
Bakı vilayət hərbi komissarlığında “Jurnalist” işləmişdir.

1925

“Örnək” adlı kitabçada bir neçə məqaləsi çap olunmuşdur.

Qubada Müəllimlərin pedaqoji yay hazırlıq kurslarında ana dilinin pedaqogikası və metodikası üzrə mühazirələr oxumuşdur.

1926-1927

“Çocuq ədəbiyyatında üsul məsələsi” adlı ilk məqaləsi “Maarif işçisi” jurnalında çap edilmişdir.

Sabir adına kitabxanada və fəhlə rayonlarının kitabxanalarında kitabxanaçı, Bakı mərkəzi kitab-xanasında kollektor müdiri, pedaqoji institut kitabxanasının müdir müavini, müdiri vəzifələrində işləmişdir.

1927-1928

Gəncə Pedaqoji Texnikumunda, həm də fəhlə fakültəsində ədəbiyyat və pedaqogika-psixologiya müəllimi işləmişdir.

Gəncə müəllimlər evində ədəbiyyat dərnəyinin rəhbəri, “Qızıl Gəncə” jurnalı redaksiya heyətinin və Azərbaycan Proletar Yazıçıları İttifaqı Gəncə şöbəsinin büro üzvü seçilmiş və s. ictimai işlərdə fəal iştirak etmişdir.

1930

Otuzuncu illərdə “Mim-Re”, “M.R.”, “R.Mikayıl”, sonra isə ömrünün axırınadək Mikayıl Rzaquluzadə imzası ilə yazıb-yaratmışdır.

1931-1934

Moskvada İkinci Dövlət Universiteti yanında Pedaqoji Psixologiya-Pedologiya Elmi-Tədqiqat institutunun aspiranturasında təhsil almışdır.

Moskvada təhsil aldığı müddətdə o, SSRİ Xalq Komissarları Şurası qanun və qərarlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi və Xalq Komissarları Soveti yanında stenoqrafiya kurslarında dil və ədəbiyyat müəllimi vəzifələrində işləmişdir.

1933

Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika institutunda uşaq ədəbiyyatı şöbəsində elmi işçi vəzifəsində çalışmışdır.

1934

Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir.

1934-1939

Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi, “İnqilab və mədəniyyət” jurnalında məsul katib, Azərbaycan Dövlət Kinostudiyasında, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində baş redaktor vəzifəsində çalışmış, ömrünün sonuna qədər yazıçı-tərcüməçi kimi fəaliyyət göstərmişdir.

1937

SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.

1945-1949

“Qaranquş yuvası”, “El gücü”, “İstək” kitabları çap olunmuşdur.

1952-1955

“Dan söküləndə”, “Qu gölü” kitabları nəşr olunmuşdur.

1956

“Ovçu Elişlə qoçaq Aytəkinin nağılları” kitabı nəşr olunmuşdur.

1962-1965

“Ölkənin çiçəkləri”, “Nəsillərdən-nəsillərə” kitabları nəşr olunmuşdur.

1967

“Dəniz nağılı” kitabı çap olunmuşdur.

1968

“Azərbaycanın qabaqcıl maarif xadimi” fəxri adına layiq görülmüşdür.

1972

“Quş dili bilən Orxan” kitabı çap olunmuşdur.

1976

Elm və mədəniyyət sahəsindəki xüsusi xidmətlərinə görə “Əmək veteranı” adı verilmişdır.

1981

“İlin yazı-elin sazı” kitabı çap olunmuşdur.

Ədəbiyyat sahəsində xidmətlərinə görə iki medal, üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Çuvaş MSSR Mədəniyyət Nazirliyinin və digər təşkilatların fəxri tərifnamələri ilə təltif edilmişdir.

1984, 10 noyabr

Bakıda vəfat etmişdir.

2006

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə “Seçilmiş əsərləri” çap olunmuşdur.

<< Geri