Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri Mikayıl Rzaquluzadə haqqında

Qocaman ədib M.Rzaquluzadənin öz müşahidələ-rindən çıxardığı bu nəticə tamamilə doğrudur ki, uşaqlar müasir elmin ən yeni kəşfləri ilə yaxından maraqlandıqlarına baxmayaraq, nağıllar dünyasının cazibəsindən də ayrıla bilmir, bu texniki tərəqqi zamanında da zümrüd quşunun və Məlikməmmədin sehirli dünyasını sevirlər.

Bəkir Nəbiyev,

akademik


  Mikayıl yeni fikir üçün həmişə yeni və orijinal forma axtaran yazıçıdır. Yeni həyatın təsviri və yeni fikirlər üçün yeni forma, yeni vasitələr lazımdır. Bu müasir sovet ədəbiyyatının tələbidir.

  Mikayılın əsərlərində müasir həyat hissi də çox qüvvətlidir. O, nədən və nə vaxt yazmaq zərurətini vaxtında duyur. Uşaq mühitini həssaslıqla müşahidə edir. Məhz buna görədir ki, onun kitabları uşaqlar tərəfindən maraq və həvəslə oxunur.

Mikayıl məhsuldar yazıçıdır. Deyə bilərəm ki, son illərdə uşaqlar üçün ən çox yazan yazıçılardan biri, bəlkə də birincisi Mikayıldır. O, bu sahəyə gənclikdən gəlmişdir. İndi isə çal saçlı qocaman bir yazıçıdır. Yaşına görə çox energiyası var. Bu təsadüfi deyildir. Çünki onun ilham mənbəyi tükənməzdir. Kiçik nəslin böyük işləri, qaynar həyatı ona hər dəfə yeni ilham, yeni qüvvət və yeni həvəs verir.

Qılman Musayev,

Xalq yazıçısı


M.Rzaquluzadə bir nasir kimi uşaqlara yeni bir söz deməyə, həyatı, hadisələri daha sadə və maraqlı şəkildə oxuculara çatdırmağa çalışan, yaradıcılıq axtarışlarına xüsusi qayğı ilə yanaşan istedadlı yazıçıdır. Uşaqların və gənclərin tərbiyəsi işində onun hekayələrinin əhəmiyyəti böyükdür.

Doğma vətəni balaca uşaqlara sevdirmək M.Rzaquluzadə şeirlərinin əsas ruhunu təşkil edir. Doğrudur, M.Rzaquluzadə nəsrə daha çox meyl göstərsə də, onun şeirlərində uşaq aləmi, əməyə və birliyə maraq, yoldaşlıq, dostluq münasibətləri daha dolğun, təsirli verilmişdir.

Qara Namazov,

professor


Mikayıl Rzaquluzadənin yaradıcılığı bütövlükdə uşaq və gənclərin təlim və tərbiyəsinə, ən vacibi isə onlara əməyi sevdirməyə xidmət edir. Təbiətin füsunkar gözəlliyini dərk etməyi, ondan zövq almağı, heyvanlar aləminin maraqlı sirlərini uşaq və gənclərə öyrətmək üçün M.Rzaquluzadə xeyli müşahidələr aparmış, bu problemin bədii həllini tapmış və maraqlı əsərlər yazmağa müvəffəq olmuşdur.

M.Rzaquluzadənin əsərlərinin qiymətli cə-hətlərindən biri, həm də ən vacibi, dilinin sadəliyi, səlisliyi və rəvanlığıdır. Uşaqların söz ehtiyatının çoxalmasında, lüğət fondunun zənginləşməsində onun hekayələri böyük əhəmiyyət kəsb edir.

Aydın Hacıyev,

filologiya üzrə elmlər doktoru


M.Rzaquluzadənin “Mənim çiçəyim” şeiri Ümumdünya gənclər festivalı münasibətilə yazılmış və bütün dünya gənclərinin dostluq, qardaşlıq, həmrəylik münasibətini tərənnüm edir.

Şair həmrəy olan dünya gənclərini rəngbərəng ləçəkləri olan bir çiçəyə bənzədir. Beş qitə gənclərinin rəmzi olan bu rəngbərəng çiçəkləri böyük dostluğun vəhdəti kimi verilən bir okean birləşdirir.

Əli Mirzəyev,

ədəbiyyatşünas


M.Rzaquluzadənin uşaq əsərləri folklorla sıx bağlıdır. Belə ki, ədibin bir çox uşaq əsərlərində bilavasitə şifahi xalq ədəbiyyatına müraciət edilir, folklor mövzuları və janrlarından yaradıcılıqla istifadə olunur. Həmin əsərlərdə folklora xas olan xüsusiyyətlər dilin aydınlığı, axıcılığı, şirinliyi, eləcə də xeyirxahlıq, düzlük, mübarizlik, əməksevərlik, qəhrəmanlıq kimi mənəvi keyfiyyətlərin xalq deyim tərzində ifadəsi diqqəti cəlb edir. Bu da öz növbəsində uşağın təfəkkürünün, təxəyyülünün inkişafına gətirib çıxarır, uşaq ədəbiyyatının üslubi imkanlarını genişləndirir.

Bilal Həsənli,

ədəbiyyatşünas

 


M.Rzaquluzadə öz hekayə və şeirlərində uşaqları Azərbaycan təbiətinin gözəllikləri, zənginlikləri, çöl heyvanları və quşlarının həyatı ilə tanış edir. M.Rzaquluzadə bu şeirlərində uşaqlara nəcib hisslər aşılayır, quşların həyat tərzi, yaşayışı haqqında maraqlı məlumat verir. Ümumiyyətlə, onun əsərlərində qurub-yaratmaq kimi nəcib arzular geniş təbliğ olunur.

 

Camal Əhmədov,

ədəbiyyatşünas, alim


M.Rzаquluzаdənin yаrаdıcılığındа təlim-tərbiyə, mənəvi-əхlаq, məktəb və аilə məsələləri əsаs rоl оynаyır. Охucuyа nəcib hisslər аşılаmаğа çаlışаn şаir, uşаqlаrа fаydаlı əməyin mənаsını аçmаğа səy göstərir, gördükləri bu işlərdən zövq аlmаq istəyində оlur.

M.Rzаquluzаdə uşаq psiхоlоgiyаsını dərindən bildiyinə görə təsvir еtdiyi hаdisələrin təbii təzаhürünü yаzıçı məhаrəti ilə əks еtdirir. Оnun tərənnümündə təbiət оlduqcа gözəl və cаnlı görünür. Bununlа yаnаşı, yаzıçının təsvir еtdiyi uşаq оbrаzlаrı təbiət hаdisələrini mаrаqlа izləyir, оnun хаssələrini dərindən öyrənir.

M.Rzаquluzаdə хаlq nаğıllаrınа хаs оlаn ümumi təsvirçiliyi bəzən çох ustаlıqlа zənginləşdirir, kоnkrеt vəziyyət və аnlаrı təsvir еtməyə üstünlük vеrir. Öz təsvirlərində pоrtrеtlər yаrаdır, hаdisələrin gеdişini bir növ əyаniləşdirir.

 

Zahid Xəlil,

professor


Mikayıl Rzaquluzadə həyata pedaqoq gözü ilə baxdığında, onun uşaq şeirlərinin, hekayələrinin hamısının tərbiyəvi əhəmiyyəti vardır. Başqa sözlə desək, müəllif hansı mövzuda əsər yazırsa yazsın, hansı süjetdən istifadə edirsə etsin, onun yaradıcılıq nümunələri uşaqları zəhmətsevər, təmizkar, doğruçul olmağa, vətəni dərin məhəbbətlə sevməyə, böyüklərə ehtiram göstərməyə, nəzakətli davranmağa, vaxtın qədrini bilməyə, dostluqda sədaqətə səsləyir.

 

Rafiq Yusifoğlu,

professor


M.Rzaquluzadənin yazıçı kimi istedadının gücü və bədii qüdrəti onda idi ki, o qədim epik poetika ilə çağdaş dövrün estetik ideallarını bir-birinə qovuşdurmağı, onların vəhdət nöqtəsini tapmağı bacarmış və müasir ədəbiyyatımızda “Dədə Qorqud” ənənələrinin çox uğurlu başlanğıcını qoya bilmişdi.

 

Yeganə İsmayılova,

professor


M.Rzaquluzadənin şeirlərində humanistlik, əxlaqilik, xeyirxahlıq daha qabarıq nəzərə çarpır, süjetli əsərləri ciddi tərbiyəvi nəticələrlə tamamlanır.

Xanım Mustafayeva,

filologiya üzrə fəlsəfə doktoru


Mikayıl Manaf oğlu Rzaquluzadə çağdaş Azərbaycan ədəbiyyatında şair, nasir, ədəbiyyatşünas, dünya klassikasının kamil tərcuməçisi və nəhayət uşaq ədəbiyyatının yaradıcısı kimi tanınmış, 60 illik ardıcıl ədəbi fəaliyyəti dövründə zəngin bir irs qoyub getmişdir.

M..Rzaquluzadənin yaradıcılıq simasını səciyyələndi-rərkən bir xülasə kimi deyə bilərəm ki, onun istər uşaqlar, istərsə də yaşlılar üçün yazdığı bütün əsərlərində biz təkcə istedadlı şair qəlbini deyil, həm də həssas, sevən, sevilən bir pedaqoqun qəlb çırpıntılarını görüb hərarətlə səmimiyyətini duyuruq.

İradə Rəhmanova,

filologiya elmləri namizədi, dosent

 

<< Geri