Öz xalqının tarixini bilmək böyük xoşbəxtlikdir. Mədəniyyət
tariximizin һәг bir səhifəsi maraq doğurur. Bu səhifələri
vərəqlədikcə ulu babalarımızın keçdiyi böyük həyat yolu
gözlərimiz qarşısında canlanır. Tariximizi, mədəniyyətimizi
öyrəndikdə yaddaşlarımız möhkəmlənir, Vətənin hər qarış
torpağına məhəbbətimiz daha da artır.
Unutmamalıyıq ki, Vətən torpağının һәг qarışında baba və
nənələrimizin söhbətləri, el sözləri, geyim-keçimləri,
yeyib-içdikləri, yaraq-yasaqları, bayram, qonaqlıq, yas,
matəm mərasimləri əbədiləşərək əmanət kimi bizə çatdırılıb.
Bu əmanətlərdə bizə bəlli olmayan hələ çox səhifələrin
vərəqlənməsinə, öyrənilməsinə ehtiyac var. Bütün bunları
düşündükcə nurani-pirani babalarımızın dilimizin əzbərinə
çevrilən “Ocağının tüstüsü əskik olmasın!”, “Çırağın
sönmə-sin!”, “Ocağının oduna qurban olum!” ifadələri yada
düşür. Bir daha ata sözümüz qulağımızda səslənir: “Əmanətə
xəyanət olmaz”. Minilliklərin dərinliyindən gələn,
cilalandıqca qiyməti artan bu əmanətləri qorumaq үә yaşatmaq
һәг birimizin borcudur. Xalqımızın tarix səhifələrində
mətbəx mədəniyyəti, qidalanmaq fəlsəfəsi və psixologiyası
zaman keçdikcə təkmilləşib, dəyişikliklərə uğrayaraq bu
günümüzə qədər gəlib çatmış mədəniyyətin formalarından biri
kimi bu gün də maraq doğurmaqdadır. Qədim diyarımız, ata
mülkümüz Naxçıvanda da ulu babalarımız bu sahədə özünəməxsus
cəhətləri ilə seçilən bir əmanəti bizə miras qoyub
getmişlər. Mətbəx, yemək mədəniyyətimiz bölgənin etnoqrafık
xüsusiyyətlərini araşdırmaq baxımından tarixçilərimizdə,
etnoqraf və arxeoloqlarımızda həmişə maraq doğurmalıdır.
Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji
qazıntılar nəticəsində tapılmış materiallara əsa- sən demək
mümkündür ki, Eneolit və ondan sonrakı dövrlərdə də
diyarımızda xörək, yemək məhsulları hazırlamaq üçün ayrıca
yerlər olmuşdur. Bunu ərazimizdə xörək hazırlamaq, çörək
bişirmək üçün xüsusi yerlərin olması, müxtəlif məişət
əşyalarının, qabların tapılması da sübut edir. Arxeoloji
tədqiqatlar göstərir ki, daşdan keramikaya, saxsı çanağa,
ondan sonra metala keçilməsi məişətdə böyük dəyişiklərə
gətirib çıxarmışdır. Mətbəx mədəniyyətimizin tarixini
öyrənmək, məişətimizi araşdırmaq baxımından bütün bunlar
dəyərli etnoqrafik mənbələrdir.
Qab-qacaq, məişət əşyaları da zaman keçdikcə
dəyişikliyə uğramışdır. Bununla belə qab-qacaqların, məişət
alətlərinin bir çoxu bu gün də həyatımızda yerini
qorumaq-dadır. Son zamanlar arxeoloji qazıntılar nəticəsində
meydana çıxan ocaqlar, təndirlər, un hazırlamaq üçün
alətlər, qab-qacaq, qazan və s. nəzər saldıqda bu tarix göz
önündə canlanır. Bu qab-qacaqların və məişət əşyalarının
adlarında da tarix öz izini saxlayır. Dilimizdə işlənən ata
sözlərində də qab-qacaq, ocaqla bağlı kifayət qədər sərrast
ifadələr vardır.
Azərbaycanın әn qədim mədəniyyət mərkəzlərindən biri olan
Naxçıvan şəhərində və muxtar respublikanın digər
ərazilərində aparılan arxeoloji tədqiqatlar nəticəsində bu
sahədə xeyli materiallar toplanmışdır.
Naxçıvan ərazisində tapılmış dairəvi gil ocaq qurğusu,
yaxud, qədim diyarımızın ərazisində tapılmış kələ-kötür
divarlı qazan уә çölmək tipli qab qırıntıları bu torpağın
yemək-içmək, məişət mədəniyyətinin minilliklərə
söykəndiyindən xəbər verir. Arxeoloji tədqiqatlar
nəticəsində sübut olunmuşdur ki, ərazimizdə Eneolit dövründə
keramika məmulatından istifadə edilmişdir. Orta Tunc
dövründə Naxçıvan ərazisində dulusçuluq sənətində bir sıra
mühüm dəyişikliklər olmuşdur. Bəşəriyyət tarixində әn böyük
ixtiralardan olan dulus çarxının hazırlanmasından xəbərdar
olan ulu babalarımız yüksək keyfıyyətli şirli məişət qabları
hazırlamışlar.
Naxçıvan ərazisində aparılmış arxeoloji tədqiqatlar
nəticəsində aşkar edilmiş tapılmış quyulardan ağ rəngli
bitki çürüntülərinin tapılması və onlarda taxıl saxlanılması
fikrinin irəli sürülməsi, eyni zamanda ərazimizdən yaşı 5
min ildən artıq olan ibtidai aşsüzənin-çətənin aşkarlanması
burada əkinçiliyin çox qədim dövrlərdə inkişaf etdiyini
göstərir. Naxçıvan ərazisində tapılan müxtəlif ocaq
qurğuları və s. qədim əcdadlarımızın bişirmə işinə xüsusi
diqqət və əhəmiyyət yetirdiklərini göstərir.
Zaman keçdikcə qədim Naxçıvan sakinlərinin həyat və
məişətində - maldarlıqda, əkinçilikdə və ayrı-ayrı
sənətkarlıq növlərində güclü yüksəliş, milli mətbəx
mədəniyyətimizin inkişafına aparan yollar aydın görünür.
Qədim çölmək, qazan, kasa, kuzə, küp, müxtəlif tipli
qab-qacağın formalarındakı rəngarənglik diyarımızda bu
sahənin yüksək inkişaf etdiyini göstərir. Qeyd etmək
lazımdır ki, Naxçıvan ərazisində tapılmış gil nehrələr e.ə.
IV -III minilliklərə aid edilir.
Naxçıvan Muxtar Respublikası ərazisində uzun illər arxeoloji
tədqiqatlar aparan və bu sahədə dəyərli tədqiqatların
müəllifı olan AMEA-nın müxbir üzvü Vəli Əliyev yazır:
“Naxçıvanın qədim mədəniyyəti üçün səciyyəvi sayılan boyalı
qabları şəhər mədəniyyətinin mühüm xüsusiyyətlərindən biri
hesab etmək olar. Naxçıvan Qafqazın qədim mədəniyyət
ocaqlarından fərqlənir və təsadüfi deyildir ki, Naxçıvanın
boyalı qabları Yaxın Şərqin əsas qədim şəhər mədəniyyəti
mərkəzlərinin (Mesopotamiya, Urmiya, Elam və s.) boyalı
qabları ilə müqayisə edilə biləcək səviyyədədir”.
Naxçıvan Dövlət Tarix Muzeyində nümayiş etdirilən müxtəlif
dövrlərə aid məişət əşyaları mətbəx mədəniyyətimizin çox
qədim dövrlərdən mövcudluğunu göstərir.
Naxçıvan Muxtar Respublikası ərazisində toplanmış etnoqrafik
materiallara əsasən demək mümkündür ki, diyarımızda mətbəxin
digər adları da mövcud olmuşdur: təndirbaşı (və ya
təndirəsər), qəfəxana, biş-düş damı, əl damı və i. a.
Naxçıvan ərazisində istifadə olunan yeraltı və yerüstü
təndirlərdə xalqımız zaman-zaman lavaş, təndir çörəyi,
müxtəlif xörəklər, bayram yeməkləri bişirmişdir.
Milli mətbəximizdə dəridən (motal, tuluq və s.), ağacdan
hazırlanmış qablardan (nehrə, toxmaq, oxlov, irəfətə,
çəpərə, taxta qaşıq və s.) Naxçıvan ərazisində tarix boyu
istifadə edilmişdir.
Diyarımızda bişirilən dolma, tas-kabab, təndirkabab, yarma
aşı, əriştə aşı, daş küftəsi, bozbaş, lüləkabab və s.
bölgənin xüsusiyyətlərini özündə göstərməkdədir. Azərbaycan,
о cümlədən Naxçıvan mətbəxində plovun yeri həmişə görünür.
(Azərbaycanın bəzi bölgələrində bu xörək növünə “aş” deyilsə
də, Naxçıvanda “plov” sözü işlənir).
Naxçıvan mətbəxində çörəyə ehtiram göstərilmiş, atalarımız
“çörək süfrəmin başıdır” ifadəsini həmişə işlətmişlər.
Naxçıvan ərazisində əsrlərdən bəri qurudulmuş lavaşları bir
neçə ay saxlayaraq istifadə etmişlər. Etnoqrafık mənbələrdə
Naxçıvan torpağında arpa unundan hazırlanmış somun çörəyinin
hazırlanması da göstərilir.
Nənə və babalarımızın əsrlər boyu böyük zövqlə yedikləri
umac, xəşil, quymaq, əriştə, yarma aşı Naxçıvanın
bölgələrində həvəslə bişirilməkdədir. Bütün bunlar onu
göstərir ki, Azərbaycan mətbəxindəki xəmir xörəkləri
bölgəmizdə də öz yerini qoruyub saxlamışdır.
Naxçıvan mətbəxinə xas olan ət yeməkləri (əsasən qoyun, eyni
zamanda cavan mal əti, müxtəlif ev quşlarının əti) - qovurma,
bozbaş, qovurma şorbası, bozpört, kəllə-paça, kabab, arzuman
küftəsi, cəviz küftəsi, daş küftəsi, yarpaq, kələm, badımcan,
pomidor, soğan dolmaları və s. bu kimi xörəklərimiz yüksək
zövqlə və ləziz hazırlanır, dadı və tamı ilə seçilməkdədir.
Bölgələrimizə xas olan quş ətindən hazırlanmış xörəklər
Naxçıvan mətbəxində həmişə özünəməxsus yer tutmuşdur.
Xüsusilə, toyuq yumurtasından hazırlanmış kükü, şamı
qayğanaq vә s. xörəklər bu gün bölgəmizdə çox dadlı
hazırlanır. Balla hazırlanan Ordubad qayğanağı da belə
xörəklər sırasındadır. Naxçıvan Muxtar Respublikası
ərazisində yüksək inkişaf etmiş heyvandarlıq bölgənin süd və
süd məhsulları ilə bağlı yeməklərində də özünü göstərmişdir.
Tarix boyu bölgənin əhalisi qatıq, pendir, qaymaq, ayran,
şor, dovğa, süd aşı, qatıq aşı və s. ilə də qidalanmışdır.
Bu gün də bölgəmizdə qatıq çalmaq üçün işlədilən mayaya
“çalası” deyilməkdədir.
Naxçıvan mətbəxi qənnadı məmulatı, şirniyyatlarla, müxtəlif
şərbət və içkilərlə də zəngindir. Bu gün bölgəmizdə qədim
əsrlərin dərinliyindən gələn tut, üzüm doşabını
hazırlayanlar az deyildir. Mətbəximizdə hazırlanan zoğal,
gilas, gilənar, heyva, ərik, əncir, cəviz, almaxara, üzüm,
qarpız, böyürtkən, qızılgül mürəbbələri çay süfrələrimizin
bəzəyidir.
Bütün bu zəngin və ləziz mətbəx nümunələrimizlə bərabər
diyarımızın mətbəx mədəniyyətinin, fəlsəfəsinin,
psixologiyasının kökündə duran ən mühüm xüsusiyyəti də qeyd
etmək vacibdır - qonaqpərvərlik, qonağa hörmət hissi.
Naxçıvanda bütün evlərdə “qonaq otağı” ifadəsi hələ də
işlənir.
Naxçıvan mətbəxi təkcə ləziz yeməkləri, şirniyyatları,
mürəbbələri ilə deyil, dadlı, tamlı duzu ilə də tanınır.
Naxçıvan duzu dünyada istehsal olunan duzlar içərisində әn
keyfıyyətlisi və faydalısıdır.
Naxçıvan Muxtar Respublikasi ərazisində, Naxçıvan şəhərinin
yaxınlığında duz mədəni vardir. Arxeoloqların gəldikləri
nəticəyə görə, bu mədəndən Һә1ә çox qədim zamanlardan
istifadə edilmişdir. Duz şaxtasında ibtidai insanların
işlətdikləri alətlər aşkara çıxarılmışdır. Vaxtilə, dəvə
karvanları Naxçıvandan bir çox ölkələrə duz aparmışdır.
Naxçıvan mətbəxində işlədilən duz xüsusi toxunmuş duz
kisələrində saxlanırdı.
Duz mühüm ərzaq növüdür və qidanın tərkib hissəsidir. İnsan
orqanizmində 230 qr. duz olur. Duzun çatışmaması qanın
qatılaşmasına, saya əzələlərin qıc olmasına, sinir sistemi
və qan dövranı funksiyalarının pozulmasına səbəb ola bilər.
Duzun artıq işlədilməsi də orqanizmdə müəyyən xəstəliklərə
gətirib çıxara bilər. Mətbəxdə daş duz, iri döyülmüş mətbəx
duzu və narınlanmış ağ süfrə duzu istifadə edilir. Xalq
təcrübəsi iri əzilmiş mətbəx duzuna daha üstünlük verir.
Naxçıvanda belə duza “xır duz“ deyilir. Azərbaycanda iqlim
şəraiti isti olduğundan orqanizmdə su-duz mübadiləsi qərb
xalqlarından fərqli olaraq daha intensiv getdiyi üçün
orqanizmin duza tələbatı daha çoxdur. Ona görə də qərb
xalqları bir pay xörəyə iki qr. duz, azərbaycanlılar isə bir
paya 5 qrama qədər duz işlədirlər. Duzun tamı onun
tərkibində olan mikroelementlərin nisbətindən və miqdarından
asılıdır. Bu baxımdan Naxçıvan duzu yumşaq hesab edilir.
Mətbəximizdə duzun çox işlədilməsinin bir səbəbi də budur.
Naxçıvan duzu başqa duzlardan fərqli olaraq hipertoniya
xəstəliyi əmələ gətirmir və bu baxımdan keyfıyyətli duz
hesab edilir. Duz təkcə xörəklərin hazırlanmasında deyil,
һәm də turşuların, şorabaların hazırlanmasında, ətin qaxac
edilməsində, balıq məhsullarının, qurut, pendir və s. ərzaq
məhsullarının hazırlanmasında və saxlanmasında istifadə
edilir. |