Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI
konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam
mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul
edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm
töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin
mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən
Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi
Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin
çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında
özünəməxsus rol oynamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq və Naxçıvan şəhərinin 2018-ci
il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı
tədbirlərin lazımi səviyyədə keçirilməsini təmin etmək
məqsədilə qərara alıram:
1.Naxçıvan
şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan
edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi
yaradılsın:
Təşkilat Komitəsinin sədri
Vasif Talıbov
– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Təşkilat Komitəsi sədrinin müavini
Əbülfəs Qarayev
– Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri,
İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri
Təşkilat Komitəsinin üzvləri
Nadir Hüseynov
– Azərbaycan Respublikası xarici işlər nazirinin müavini,
İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Səyyad Salahlı
– Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi sədrinin birinci müavini, İSESKO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının üzvü
Aynur Sofiyeva
– Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi sədrinin müavini, İSESKO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Əsgər Abdullayev
– Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Natəvan Qədimova
– Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm
naziri
Məmməd Qəribov –
Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Azad Cabbarov
– Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri
İsa Həbibbəyli
– Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Dağbəyi İsmayılov
– Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş
direktorunun müavini, İSESKO üzrə Azərbaycan Respublikasının
Milli Komissiyasının üzvü
Urxan Ələkbərov
– Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru, İSESKO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının üzvü
Vasim Məmmədəliyev
– Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESKO
üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri,
İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının
baş katibi
Əsgər İsmayılov – Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin
rəisi
Vüqar Babayev – Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla
İş üzrə İdarəsinin rəisi
2.Bu
Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin
paytaxtı elan olunması ilə bağlı tədbirlər planını üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etsin.
3.Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2016-cı il.
|