Vizit kartoçkasının altına

 

Çoxdandır olmayıbdı didarınız müyəssər,

Gəldim vüsalınızla olsun gözüm münəvvər.

Yox idiniz, qayıtdım, atəş içində canım.

Könlüm deyirdi sanki: ey dosti-mehribanım,

Aya, rəvamıdır ya, bir qəbi-pür məhəbbət,

Məsud, şən gülərkən etsin məlul övdət.

Gəldim görəm o kövkəbi-səyyarəni, fəqət,

Məyus olunca: “Seyr ediyormuş” dedim əvət.

Gəldim, yox idiz siz, çox-çox təəssüf etdim,

Görüşməyib sizinlə məyus qayıtdım, getdim.

 

Abdulla Şaiq

1908-1913

 

 

<< Geri