Qardaşım Köçərliyə

(dərsdə yadigar üçün yazılmışdır)

 

Quzğun uçub gəldi dağın dalından,

Vadilər ruduna yatdı bu yerdə.

Gördü ki, leş-leşə veribdi hər yan,

Axır arzusuna çatdı bu yerdə.

 

Günəş öz işində, Günəşə nə var,

Bizim Günəşimiz qaraldı, qardaş.

Azad bir quş idik, vurub saldılar,

Yetər, hövsələmiz daraldı, qardaş.

 

Gəl mənə həyan ol, sevinsin ürək,

Dar gündə arxadı qardaş qardaşa.

Sözümüz, sirrimiz bir olsun gərək,

Uca dağlar kimi dayanaq qoşa.

 

Gərək xidmət edək təmiz niyyətə,

 Kədəri, sevinci yarı bölək biz.

Gərək ya qələbə çalaq zülmətə,

Ya da soyuq məzar olsun yerimiz.

 

Bilirəm köksündə çırpınan ürək

Nəcibdi, təmizdi, sən mənə sirdaş.

Bu kiçik şeirimi ümid rəmzitək,

Qardaşlıq rəmzitək qəbul et, qardaş.

 

Qori şəhəri, 1885

Baçana  Nikoloz  Razikaşvili

 

 

<< Geri