Başıma tuşlanan düşmən xəncəri
Xalqının qəlbinə tuşlandı sənin.
Bu müdhiş ölümün acı xəbəri
Sağalmaz dərdidir bizim vətənin
Sinəmiz ocaqdır, sönmür məşəli,
Yandıqca gur yanıb, yandırır bizi.
O xəncər vuranın qurusun əli!
İllər var göynədir ürəyimizi...
O müqəddəs qanın tökülən yerə
Ruhlar hər zaman səcdəyə gəlir...
Dözməyib şair də bu bəd xəbərə,
Gündə necə dəfə dirilir, ölür.
Mirvarid
Dilbazi.
|