Arif
Hüseynov – Azərbaycanın Xalq Rəssamı, professor, tanınmış
miniatürçü -rəssam, ədəbi əsərlərin qrafik rəssamı və
illüstratorudur.
Rəssam 30
oktyabr 1943-cü ildə Bakının Qala kəndində anadan olub. O,
ilk təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində alıb. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetini bitirən Arif Hüseynov 1975-ci
ildən Rəssamlar İttifaqının üzvüdür.
Görkəmli
qrafika ustası Arif Hüseynov daim axtarışda olan, milli
folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun
illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən
əsərləri rəssamın sənət dünyasındakı imzasını təsdiqləyəcək
mühüm faktlardır. Ötən əsrin 70-ci illərindən başlayaraq
Arif Hüseynovun əsərləri dəfələrlə Bakıda, eləcə də dünyanın
bir çox möhtəşəm sərgi salonlarında tamaşaçıların diqqətinə
çatdırılıb. Moskvada, Praqada, Tokioda, Ankarada, İzmirdə
sərgilənən əsərlərinə görə Arif Hüseynov müxtəlif
mükafatlara, diplomlara layiq görülüb.
Bu gün Arif
Hüseynovun əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət
İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında,
Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, həmçinin
şəxsi kolleksiyalarda saxlanılır
Sənətşünas
Ziyadxan Əliyev görkəmli rəssamla bağlı yazır: “Qrafika
sənətinin bədii və texniki imkanlarına kifayət qədər bələd
olan və ağ-qara cizgiləri ilə də onlara yığcam rəng
ovqatının qatılmasını bədii-psixoloji təsir gücünün
artırılmasına yönəltməklə daha təsirli ifadə vasitələrinə
can atan rəssam sonda cəlbediciliyi ilə yanaşı, həm də dərin
fəlsəfi yüklü əsərlər yaratmağa nail olmuşdur”.
Həqiqətən də
yaradıcılığı boyu bütün varlığı ilə bağlandığı maddi
mədəniyyət nümunələri, folklor, adət-ənənəmiz onun
əsərlərində yeni həyata, yaşama qədəm qoyub. Məsələn,
“Qarabağ şikəstəsi”, “Mis qablar”, “Aşıq”, “Kəndirbazlar” və
s. əsərlərdə rəssamın qədim miniatür sənəti ənənələrinə
bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi
də qabarıq hiss edilir.
Ədəbiyyatı
ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının
yaradıcılığına dəfələrlə müraciət edib. Onun N.Gəncəvi,
M.Füzuli, M.Ə. Sabir, H.Cavid, S.Vurğun, R.Rza və digər
klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının
ən gözəl nümunəsi sayılıb
Arif
Hüseynov həm də nəfis kitab illüstrasiyaların müəllifi,
mükəmməl müəllim, həqiqi vətənpərvərdir. Onun əsərlərində
vətənə sonsuz məhəbbəti hiss olunur. Rəssam 1994 – cü ildə
“Azərbaycan Dünyası” qalereyasının təsisçisi olmuşdur.
“Azərbaycan Dünyası” – Bakıda birinci qalereya idi.
1995 – ci
ildə - Təsviri İncəsənət Sahəsində uğurlarına görə “Humay”
mükafatına layiq görülmüş rəssam 2006 – cı ildə Azərbaycan
Respublikasının Xalq rəssamı adına layiq görülmüşdür.
Uzun
illərdir ki, rəssam vaxtının bir hissəsini gənc nəslin
nümayəndələri, uşaqlar və yeniyetmələrlə işləməyə sərf edən
Arif Hüseynov Azərbaycan təsviri incəsənətinin gələcəyi üçün
yeni rəssamlar hazırlayır. Rəssam öz əsərləri ilə Azərbaycan
xalqının zəngin daxili dünyasını və xüsusiyyətlərini təsvir
edir.
Rəssamın
Müasir İncəsənət Muzeyində 27 fevral 2019-cu ildə
“Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii
qrafika sərgisidə 50-dən çox sənədli-bədii qrafik əsərlər
nümayiş olub.
Əsərlər
tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan
əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin
mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir
edilir. Əsərlərdə Türkmənçay müqaviləsi, Alban kilsələrinin
dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilir.
Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməsusluğu
ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin
üzərində yazılan mətn isə əks etdirilən hadisələri və
şəxsiyyətləri təsvir edir. Xalq rəssamının “ I Pyotrun
məktubu”, “Türkmənçay müqaviləsi”, “Gəncəsər monastrı”,
“Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli
xan”, “Xalq musiqiçiləri” kimi əsərlərdə tarixi həqiqətlərin
rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən
təsvirləri kifayət qədər cəlbedici və yaddaqalandır.
Sərginin bütün əsərləri qravüra şəklində işlənmişdir. Tarixi
həqiqətlər rəssamın incə təxəyyülü vasitəsilə əsərlərində
əks etdirilir. Ağ-qara qrafika vizual təsirə malikdir.
Sərgi
bütövlükdə tarixi faktlar əsasında qurulub və
maarifləndirici xarakter daşıyır. Hər bir Azərbaycan
vətəndaşı öz tarixini bilməlidir. Çünki Qarabağ – bizim
torpağımız, bizim tariximizdir.
Arif
Huseynov is an Azerbaijani National artist, professor,
well-known miniature artist, graphic artist and illustrator
of literary works.
The artist
was born on October 30th, 1943 in the village Gala of Baku.
He received his primary education at the Azerbaijan State
Art School named after A.Azimzade. Arif Huseynov graduated
from the Azerbaijan State University of Culture and Arts in
1972 and has been a member of the Artists' Union since 1975.
Prominent
graphic artist Arif Huseynov is one of the artists who is
always connected to national folklore and traditions. His
works displayed in exhibitions of various scales over the
years are important facts that confirm the artist's
signature in the world of art. Starting from the 70s of the
last century, Arif Huseynov's works have been repeatedly
presented to the public in Baku, as well as in many
magnificent exhibition halls around the world. Arif Huseynov
has been awarded with various prizes and diplomas for his
works exhibited in Moscow, Prague, Tokyo, Ankara and Izmir.
Today, Arif
Huseynov's works are kept in the Azerbaijan State Museum of
Arts named after R. Mustafayev, the Azerbaijan State Art
Gallery, the Moscow State Museum of Oriental Art, as well as
in private collections.
Art critic
Ziyadkhan Aliyev writes about the outstanding artist: The
artist is well acquainted with the artistic and technical
possibilities of graphic art and strives for more effective
means of expression by directing the addition of a compact
color scheme with black-and-white lines to increase the
power of artistic and psychological impact, eventually
creating works with deep philosophical load.
Indeed, the
examples of material culture, folklore, traditions, which he
is connected to with his whole being throughout his career,
have entered a new life in his works. For example, in the
works like “Karabakh Tragedy”, “Copper Pots”, “Ashug”,
“Jugglers” and so on, along with the artist's commitment to
the traditions of ancient miniature art, the fire of
citizenship and bigotry are also felt. Arif Huseynov, who
loved literature from the bottom of his heart, repeatedly
appealed to the works of great masters of words. His works
related to N.Ganjavi, M.Fuzuli, M.A.Sabir, H.Javid, S.Vurgun,
R.Rza and other classics are considered to be the best
examples of bench graphics.
Arif
Huseynov is also the author of elegant book illustrations, a
perfect teacher and a true patriot. His works show his
endless love for the homeland. The artist was the founder of
the "World of Azerbaijan" gallery in 1994. “World of
Azerbaijan” was the first gallery in Baku.
In 1995 -
The artist was awarded with the “Humay” prize for his
achievements in the field of fine arts. In 2006 he was
awarded with the title of National Artist of Azerbaijan
Republic.
Having spent
part of his artistic career working with the younger
generation, children and adolescents for many years, Arif
Huseynov has been training new artists for the future of
Azerbaijani fine arts. The artist depicts the rich inner
world and features of the Azerbaijani people with his works.
On February
27th, 2019, the Museum of Modern Art exhibited the artist’s
more than 50 documentary-graphic works at the
documentary-graphic exhibition “Karabakh - the pages of
history”.
The works are based on
historical materials. The works included in the series,
describe the Albanian Church, historical facts, landscapes
and portraits of historical figures. The works reflect
compositions related to the Turkmenchay Treaty, the change
of Albanian churches, and Khojaly. The uniqueness of the
works displayed in this exhibition is that the works do not
have titles. The text written on the graphic works describes
the events and personalities reflected. In the works of the
People's Artist such as “Letter of Peter I”, “Treaty of
Turkmenchay”, “Ganjasar Monastery”, “Shot Statues”,
“Karabakh War”, “Panahali Khan”, “Folk Musicians” there are
enough descriptions of historical truths that are attractive
and memorable. All works of the exhibition are engraved.
Historical truths are reflected in the works of the artist
through the subtle imagination. Black-and-white graphics
have a visual effect.
The
exhibition is based entirely on historical facts and has an
enlightening character.
Every
citizen of Azerbaijan must know his history. Because
Karabakh is our land, our history.