Böyük yaşlı oxucular üçün ədəbiyyat
![]() |
Ağaoğlu Ə. Atəşkəs və sürgün xatirələri. - Bakı : Kitab klubu MMC, 2018. - 200 s. - (Memuar ədəbiyyatı). Türk dünyasının nəhəng fikir və əməl adamlarından biri olan, görkəmli Azərbaycan mütəfəkkiri, və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun daha bir kitabını oxucuların ixtiyarına veririk: "Atəşkəs və sürgün xatirələri". Xatirələr 1919-1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaşmayıb. Burada oxucu Birinci Dünya savaşından sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada, və Orta Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyətli məqamlarla tanış ola bilər. Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb. "Atəşkəs və sürgün xatirələri" XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər.
|
![]() |
Elçin T. Könlüm Qarabağdadır : Uşaq şeirləri, poemalar və cizgi filmi üçün ssenari. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2019. - 356 s. : foto, il. - (Azərbaycan klassikləri). Kitaba şairin Qarabağ mövzusuna aid şeirləri, uşaq şeirləri, ssenariləri daxil edilmişdir.
|
![]() |
Hacızadə Ə. Povestlər. - Bakı : Kitab klubu MMC, 2018. - 192 s. : rəngli foto, il. - Kitab görkəmli yazıçımız Əlibala Hacızadənin əziz xatirəsinə ithaf olunur. Kitaba görkəmli yazıçının şeirləri və "Unutmaq olmur", "Məhəbbət olmayan evdə", "Piyada adam", "Atamın gəlini" povestləri daxil edilib.
|
![]() |
Haqverdiyev Ə. Ac həriflər : Dram əsərləri. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2018. - 416 s. : foto. - (Azərbaycan klassikləri). Nasir, dramaturq, ədəbiyyatşünas, Əbdürrəhim bəy Haqverdiyev klassik hekayə və dram əsərləri ilə ədəbiyyat tarixində özünəməxsus iz buraxıb. "Ac həriflər" kitabında yer alan "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu", "Baba yurdunda" dram əsərləri məzmununa, maraqlı obrazlarına, dilinə, mövzusunun əhəmiyyətinə görə həmişə oxucuların diqqətini cəlb edib. Onun "Ac həriflər", "Millət dostları" səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutub.
|
![]() |
Nəsimi İ. Həqq məndədir : Seçilmiş əsərləri. - Bakı : Kitab klubu , 2019. - 376 s. : il. - (Klassiklərim). Əsərlərini 3 dildə yazan klassik şirimiz İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və təcribəndlər yaratmışdır. Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca orijinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şeirinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir. Kitabımıza şairin şeirləri, qəzəlləri, müstəzadları, tərcibəndləri, tuyuğları, məsnəviləri daxil edilmişdir.
|
![]() |
Nicat Ə. Gəncəli müdrik : bioqrafik roman. - Bakı : Kitab klubu MMC, 2018. - 334 s. : rəngli foto Kitab böyük mütəfəkkir, dahi Azərbaycan şairi və tariximizin önəmli şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır. |
![]() |
Vahid Ə. Mənə naz et! : qəzəlləri və şeirləri. - Bakı : Kitab klubu, 2019. - 439 s. : foto. - (Müasirlərim). Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Ə.Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. Kitaba müəllifin qəzəlləri, şeirləri və satirik şeirləri daxil edilmişdir. |
![]() |
XARİCİ ÖLKƏ ƏDƏBİYYATI
Kenfild C. Canlı əhvalatlar : İnsan qəlbini oxşayan qısa əhvalatlar. Seçmə hekayələr. - Bakı : Kitab klubu , 2019. - 336 s. - (Cana məlhəm hekayələr silsiləsindən). Bu kitabı birnəfəsə, bir oturuma da oxuyub başa çıxmaq olar, amma onu ləzzət ala-ala, tələsmədən çeynəyib udmaq da mümkündür. Çalışın ki, onu birdəfəyə, biruduma udmayasanız. Çünki burda nəql olunan hər bir əhvalatın arxasında insan taleyi durur. Deməli, hər əhvalat - bir kəşfdir! Kitabda toplanmış əhvalatlar ürəkdən-ürəyə yol tapır, adamın qəlbini isidir, çətin məqamlarda insana həyan olur, ona güc verir. Və həm də, ola bilsin, bu əhvalatların sayəsində siz öz həyatınıza yeni gözlə baxacaqsınız.
|
![]() |
Ostrovski N. Polad necə bərkidi : avtobioqrafik roman. - Bakı : Kitab klubu, 2017. - 424 s. : il., rəngli foto "Polad necə bərkidi" romanında müəllif Pavel Korçaginin şəxsində özünün amansız xəstəliklə mübarizəsini, taleyini, şəxsi faciəsini qələmə almışdır. Düşdüyü bütün çətin vəziyyətlərə baxmayaraq, Korçagin var qüvvəsini toplayıb işləyir, yazıb-yaradır, ölümə qalib gəlir.
|
![]() |
Uolyams D. Babanın möhtəşəm qaçışı - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 446 s. : il., şək. - (Dünya Miqyaslı Bestseller). - Lüğət: s. 437-446. - Bu kitab xeyirxah Sem və Fouba həsr olunur Bir zamanlar baba II Dünya müharibəsində savaşmış qəhrəman təyyarəçi idi. Lakin o, huşsuzluğu sayəsində qorxunc müdirə Svaynın "Qürub qüllələri" adlanan müəmmalı qocalar evinə getməli olur və tezliklə nəvəsi Ceklə birlikdə cəsarətli qaçış planı hazırlayır. Baba və nəvə bilmirdi ki, müdirə bundan xəbər tutacaq. |
![]() |
Bronte Ş. Ceyn Eyr : Dünya ədəbiyyatından seçmələr. - Bakı : Altun kitab MMC, 2018. - 128 s. : il., rəngli foto. - (Məktəblinin kitabxanası = Dünya ədəbiyyatından seçmələr). |
![]() |
ELMİ-KÜTLƏVİ ƏDƏBİYYAT
Axundzadə D. Müşfiqli günlərim : xatirələr. - Bakı : Gənclik, 2005. - 274 s. : şək. Bu kitabda toplanmış xatirələr ölməz şairimiz Mikayıl Müşfiqin ömür-gün sirdaşı, şəxsiyyətə pərəstiş illərində başı müsibətlər çəkmiş Dilbər Axundzadənin könül çırpıntılarıdır. "Müşfiqli günlərim" Dilbər Axundzadənin sağlığında bir neçə dəfə işıq üzü görmüşdür. Kitabda filologiya elmləri namizədi Cəlal Qasımovun "Dilbər Axundzadə nə üçün həbs edilimişdi?" məqaləsi və publisist Rafiq Rəhimlinin Dilbər xanımın vəfatının ildönümünə həsr etdiyi "Sən neyçin ağlarsan" essesi daxil edilmişdir. |
![]() |
Bayramov X. Gəncə üsyanı. 1920 : sənədlər və materiallar. - Bakı : Kitab klubu MMC, 2019. - 240 s. : foto, il. Kitab Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Tofiq Bağırovun əziz xatirəsinə ithaf olunur. Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur. Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Üsyanda Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general - mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər.
|
![]() |
Xalq mahnıları. - Bakı : Altun Kitab, 2005; 2014. - 112 s. : il., şək. - (Məktəblinin kitabxanası. Şifahi xalq ədəbiyyatı). Bu kitabda Azərbaycan incəsənətinin qayəsini təşkil edən xalq mahnıları verilmişdir. |
![]() |
Mojeyko İ. 27 möcüzə. - Bakı : Kitab klubu MMC, 2018. - 272 s. : il., rəngli foto. Qədim yunanlar belə hesab edirdilər ki, dünyanın yeddi möcüzəsi var. Bu kitabda yunanlara məlum olmayan digər iyirmi yeddi möcüzə haqqda danışılır. Oxucu Asiya xalqlarının qədim mədəniyyət abidələrinin - Suriya və Livanın böyük şəhərləri, hind memarlığının möcüzələri və Birma paqodaları, Böyük Çin səddi və Orta Asiyanın məscidləri, Qədim Kambocanın paytaxtı - Anqkorun taleyi və yaranma tarixi ilə tanış olacaqdır. |
![]() |
Perkins C. İqtisadi killerin etirafları : Üçüncü ölkələrdə fəaliyyət göstərmiş bir ABŞ iqtisadi killerinin inanılmaz tarixçəsi. - Bakı : Altun Kitab, 2018. - 304 s. : rəngli foto. Bu kitab ABŞ-ın son dövrdə üçüncü ölkələrdə yeritdiyi iqtisadi siyasət haqqındadır. Müəyyən dairələrdə EHM (ing. Econimic hit men - iqtisadi killer) və ya EK (economic killer) adlandırılan şəxslər Dünya Bankı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və s. təşkilatlar adından çıxış edərək geridə qalmış ölkələrdə hökümət başçılarını aldatmış, ölkəni iqtisadi uçuruma sürükləyərək onları ABŞ-dan asılı vəziyyətə salmışlar. Müəllifin etirafına görə, o bu iyrənc siyasətin iştirakçılarından biri olmuşdur. Kitab beynəlxalq siyasət və iqtisadiyyatla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. |






















