Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Biz günəşin zərrəsiyik!” adlı tədbir keçirildi

21-11-2019 11:51

Onlar biri-birlərinə çox bənzəyirlər,

Həmişə uşaq kimi saf, təmiz və gülərüzdürlər.

Onlar, Günəşin övladlarıdırlar!

 

Noyabrın 20- də, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Ümumdünya Uşaq Hüquqları” günü ilə əlaqədar, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu şəxslərin Reabilitasiya Mərkəzində “Biz günəşin zərrəsiyik!” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azəri İnciləri” vokal qrupunun uşaqlarının ifasında konsert proqramı təqdim edildi. Tədbirdə Ombudsman aparatından Azadə Novruzova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Regional Mərkəzlərlə  iş şöbəsinin müdir müavini Aydın Rəcəbli və digər qonaqlar iştirak edirdilər.

Tədbirin keçirilməsində əsas məqsəd, daun sindromlu uşaqların  fərqliliklərini deyil, əksinə onların öz istedadları ilə nümunəvi insanın necə olmağını ictimaiyyətin diqqətinə çatdırmaq idi. Sonda, iştirakçı və daun sindromlu uşaqlara kitablar, “Göy Qurşağı” uşaq jurnalı, hədiyyələr təqdim edildi. Xatirə şəkilləri çəkildi.

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79