Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Bir Xocalım var idi...

26-02-2021 11:00

Respublika Uşaq Kitabxanası, Xocalı Soyqırımına həsr olunmuş 8-16 yaş arası uşaqların “Bir Xocalım var idi...” adlı virtual rəsm  sərgisini  təqdim etdi.

Virtual rəsm sərgisində Elitar Gimnaziya, 144, 160, 200, 211, 251, və.s məktəblərin  şagirdlərinin Xocalı faciəsini əks etdirən 75 rəsm əsəri nümayiş edilir. 

Məktəblilər rəngli boyalarla çəkdikləri rəsmlərdə erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara qarşı törətdikləri  vəhşilikləri təsvir ediblər.

Rəsm əsərləri ilə şagirdlər müharibə və terrora  yox deyərək faciə qurbanlarına çevrilmiş günahsız insanların səsinə səs veriblər.

 

Bir Xocalım var idi...




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79