Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Beynəlxalq Çörək və Kulinariya günü münasibətilə “Gilan Holdinq”in № 1 çörək zavoduna ekskursiya edildi.

23-10-2017 10:45

20 oktyabr 2017-ci il tatrixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Beynəlxalq Çörək və Kulinariya günü münasibətilə öz oxucuları ilə “Gilan Holdinq”in № 1 çörək zavoduna ekskursiya etdilər. Zavodun əməkdaşları şagirdlərə çörəyin bişirilmə texnologiyası və avadanlıqlar haqqında geniş məlumat verdi. Zavodda olan təmizlik, gigiyenik qaydalara tam riayət və çeşidlərin müxtəlifliyi tədbir iştirakçılarında xoş təəssürat yaratdı. Gün ərzində bişirilən məhsullar şagirdlərə nümayiş etdirildi. Xatirə şəkilləri çəkildi, zavod haqqında xoş sözlər rəy və təkliflər kitabına yazıldı. Tədbirin sonunda şagirdlər gözləri önündə bişən çörək məhsullarından yedilər və hər birinə məktəbli bulkası hədiyyə verildi.

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79