Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Beynəlxalq Ana Dili Günü” adlı vəsait istifadəçilərə təqdim edildi

19-02-2021 15:05

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi metodika şöbəsi tərəfindən 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə hazırlanan “Beynəlxalq Ana Dili Günü” adlı vəsait  mərkəzi kitabxanaların uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə, kənd  kitabxana  filialları  üçün nəzərdə tutulmuşdur.

Əsas məqsəd - istifadəçiləri “Dilimizin qorunub saxlanması”,  “Ədəbiyyatımızda ana dilinin mövqeyi”, “Ana dilimizin tarixi yolu”, “Dil haqqında görkəmli şəxsiyyətlərin fikirləri” haqqında  məlumatlandırmaqdır.

Vəsaitin I hissəsində “Azərbaycan dili - milli varlığımızdır” adlı esse, virtual kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə kimi tədbirlər planının ssenarisi verilmişdir.

Vəsaitdə nümayiş olunan sərgidə Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, Azərbaycan dilinin müasir təzahür formalarını əks etdirən kitab və dövri mətbuat materialları, həmçinin müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar da yer almışdır.

Vəsaitin II hissəsində  Gülarə Munisin “Ana dilim can dilim” adlı kitabının onlayn icmalı haqqında, Cəlil Məmmədquluzadənin  “Ana Dili” felyetonu əsasında hazırlanmış səhnəciyin ssenarisi də verilmişdir.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79