Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Əbədiyyətin məşəl aparanı – Qadın ” adlı metodik vəsaiti istifadəçilərə təqdim edildi

09-03-2021 23:44

Vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, MKS – nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulmuşdur.

Əsas məqsəd - tariximizdə, müasir dövrümüzdə Azərbaycan qadınının qəhrəmanlığını, mübarizliyini oxuculara çatdırmaqdır.

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.  

Vəsait iki hissədən ibarətdir. I hissə “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək...” adlanır və qadın dəyərlərindən bəhs edir. 

II hissə “Adın şərəflidir sənin,  ey qadın...” adlanır və kitabxanada təşkil olunan tədbirlərdən söhbət açılır. 

Link vasitəsi ilə metodik vəsaitlə  yaxından tanış ola bilərsiz

https://www.clb.az/bdiyytin-ml-aparan-qadn_d3058.html

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79