Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət” adlı tədbir keçirildi

12-12-2019 12:36

Dekabrın 10-da, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, Xətai rayonunda yerləşən 25 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət” adlı tədbir keçirdi. Tədbir, dövlət himninin səslənməsi ilə başladı. Kitabxananın əməkdaşı, məktəbin ikinci sinif şagirdlərinə Ulu öndər, Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti  haqqında ətraflı məlumat verdi. Tədbir çərçivəsində, uşaqların təqdimatında Ulu Öndərə həsr olunmuş şeirlər, sitatlar səsləndi, “Bizim Heydər babamız”, “Heydər babanın nəvələriyik” adlı mahnılar ifa olundu və Ümummilli liderin həyatı və fəaliyyətinin  müxtəlif sahələrini əhatə edən video çarx nümayiş edildi. 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79