Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Azərbaycan dili - milli varlığımızdır” adlı yeni esse müsabiqəsinə start verilib

06-11-2020 13:31

F.Köçərli adına Respublika Uşaq kitabxanası, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə layihəsi əsasında oxucular və dərnək üzvləri arasında esse müsabiqəsinə start verib.

Müsabiqənin keçirilməsində əsas məqsəd – müstəqil yaradıcı gənc nəsldə  ana dilimizin zənginliyini, saflığını qorumağı təbliğ etmək, istedadlarını üzə çıxarmaq, tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirmək, onlarda milli-mənəvi dəyərləri formalaşdırmaqdan ibarətdir.

2.Müsabiqənin şərtləri:

-Müsabiqə iki nominasiya üzrə keçirilir.

-Müsabiqədə iştirak edən uşaqların yazdıqları esse yazısı 5 bal sistemi üzrə  qiymətləndiriləcək.

Esse yazmaq:

Yazıda fikirlər aydın və savadlı ifadə edilməli;

3 bənddən ibarət (giriş, əsas hissə və nəticəni əhatə etməli) plan tərtib olunmalı;

Plan əsasında mövzu dolğun yazılmalı;

Hissələr arasında məntiqi rabitə olmalıdır. Təhlil etmə, tədbiq etmə, ümumiləşdirmə və məntiqi nəticə çıxartma qabiliyyətini nümayiş etdirməli;

Ədəbi dilin normalarına, o cümlədən orfoqrafik, qrammatik, durğu işarələrindən düzgün istifadə edilməli;

Sitatlardan və tarixi faktlardan istifadə olunmalı;

Mətnin həcmi 2 səhifədən çox olmamalı;

Esse təqdim edilərkən oxucu özü haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, e-mail və s.) təqdim etməli;

Müsabiqənin müddəti esselərin son qəbul tarixi 15 noyabr 2020-ci il.

3.Müsabiqənin təşkili və keçirilmə qaydaları:

Müsabiqə iki mərhələ üzrə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və  Firidun bəy Köçərli adına Respublika Uşaq  Kitabxanasının  14-17 yaş oxucuları arasında  keçirilir:   

I mərhələ –  esselərin son qəbul tarixi 15 noyabr 2020-ci il. 

II mərhələ –  mükafatlandırma tarixi 17 noyabr 2020-ci il.

4.Mükafatlandırılma:

  Müsabiqəyə təqdim olunan essenin qiymətləndirilməsi mütəxəssislərdən  ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcək;

  Müsabiqənin qalib və iştirakçılarına həvəsləndirici diplom və kitablar hədiyyə olunacaq.

• Esselər elektron poçt ünvanına göndərilməlidir:

info@clb.az

ushaqkitabxanasi@gmail.com

childlibbaku@yahoo.com

aliyevayegana76@mail.ru       

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79