Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Azərbaycan dili - milli varlığımızdır” adlı virtual esse müsabiqəsinin nəticələri məlum oldu

19-11-2020 22:54

F.Köçərli adına Respublika Uşaq kitabxanası və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə layihəsi əsasında “Azərbaycan dili - milli varlığımızdır” adlı virtual esse  müsabiqəsinin nəticələri məlum oldu.

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin, milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır.

 F.Köçərli adına Respublika Uşaq kitabxanası 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə layihəsi əsasında oxucular və dərnək üzvləri arasında keçirilən esse müsabiqəsinin qalibləri açıqlandı.

Müsabiqənin keçirilməsində əsas məqsəd  müstəqil yaradıcı gənc nəsildə  ana dilimizin zənginliyini, saflığını qorumağı təbliğ etmək, istedadları üzə çıxarmaq, tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirmək, onlarda milli-mənəvi dəyərləri formalaşdırmaqdan ibarətdir.

Onlayn Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən 110-a yaxın esselər təqdim olunmuşdur.

Münsiflər heyətinin qiymətləndirilməsi nəticəsində, 

14-16 yaş qrupu üzrə

1-ci yerə Fidan Əzimzadə

2-ci yerə Pəri Əliyeva

3-cü yerə Ruşaniyyə Nizaməddinova

10-13 yaş qrupu üzrə

1-ci yerə Pınar Bünyatzadə

2-ci yerə Aysu Aslanova

3-cü yerə Hacı Şərifli

layiq görüldü.

Digər iştirakçılara  həvəsləndirici diplomlar  təqdim olundu. Ümumilikdə qalıb və iştirakçılara  kitabxana tərəfindən kitablar hədiyyə edildi.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79