Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirildi.

05-04-2018 17:04

05 aprel 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı, Yasamal Rayonu 176 saylı tam orta məktəbin 5 və 6- cı sinif şagirdləri ilə birgə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirdi. İlk əvvəl tədbir iştirakçıları, məktəbin foyesində rəşadətli Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqları əks etdirən rəsm sərgisinə baxış keçirdilər. Tədbir, dövlət himnimizin səslənməsi ilə başladı. Sonra məktəbin  pedaqoqları şagirdlərə Azərbaycan əsgərlərinin keçdiyi uğurlu və şərəfli döyüş yolları haqqında məlumat verdi. Tədbir, məktəblilərin hazırladıqları vətənpərvərlik ruhda şeirlərin səslənməsi ilə başa çatdı.

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79