Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“And yerimiz – Şəhidlər”

16-01-2020 14:19

Oxucularda Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması üçün Şəhidlər Xiyabanına təşkil olunan ziyarətlərin böyük əhəmiyyəti var. 

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə F.Köçərli adına Respublika Uşaq  Kitabxanasının əməkdaşları Binəqədi rayonu 244 və Suraxanı rayonu 140 saylı məktəbin II sinif şagirdləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət etdilər. Şagirdlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının xatirəsinə şeirlər söylədilər. Vətən uğrunda şəhid olanların məzarlarına tər qərənfillər düzüb, xatirələrini bir daha ehtiramla yad edərək “Əsgər Marşı” oxudular. Uşaqlar Azərbaycanın Milli Qəhrəmanı Ülfət Həsənovla birgə xatirə şəkli çəkdirdilər.

 

 

 

 

 

 

 

 

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79