Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Ana vətənimin anası dilim” adlı tədbir keçirildi

24-02-2020 17:18

Fevralın 21- də, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Nizami rayonu E.Cəlilov adına 272 nömrəli məktəbin birgə təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş  “Ana vətənimin anası dilim” adlı tədbir keçirildi. Tədbirdə, kitabxananın əməkdaşları, pedaqoqlar, valideynlər, şagirdlər və.s qonaqlar iştirak etdilər. Tədbirdə, məktəblilərin ifasında musiqili ədəbi-bədii kompozisiya təqdim olundu. Məktəblilər, ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər, mahnılar ifa etdilər. Milli geyimdə olan şagirdlər şifahi xalq ədəbiyyatı nümunələrindən olan bayatılar, atalar sözləri və laylalar söylədilər. Məktəblilər Həsənoğlu, M.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Fizuli, M.P.Vaqif, M.F.Axundov, X.Natəvan, M.Ə.Sabir, C.Cabbarlı, M.Şəhriyar, S.Vurğun, H.Cavid, C.Məmmədquluzadə, B.Vahabzadə və X.R.Ulutürk kimi dahi şairlərin ana dili haqqında şeirlərini xüsusi həvəslə söylədilər. Onların çıxışları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Tədbirdə, “Ana vətənimin anası dilim” adlı kitab sərgisi və çarxlı slayd da iştirakçılar tərəfindən izlənildi. 

 

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79