Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunmuş virtual sərgini oxuculara təqdim edildi

25-02-2021 00:21

Respublika Uşaq Kitabxanası şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunmuş virtual sərgini istifadəçilərin ixtiyarına verdi.

Virtual sərgidə yer alan kitablar 1927-2018-ci illəri əhatə edir. Sərgiyə ümümilikdə tam mətnli 41 kitab yerləşdirilib. Onlardan 20-si 1927-1994-cü illəri əhatə edən kitabxananın "Qızıl fond"unda qorunub saxlanılan kitablardır. 

 Qızıl fondda yerləşdirilmiş kitablar arasında «Tülkü həccə gedir» (1927); «Gözəl вahar” (1940); «Nağılla” (1945) və s. kitablarda yer alır.

Eyni zamanda virtual sərgiyə rus dilində 4 kitablarda əlavə olunub:  “Paссказы” (1991); “Вот мы какие” (1984); «Избранное» (1959); «Письмо не дошло» (1984).

İstifadəçilər aşağıdakı link vasitəsi ilə virtual sərgi ilə tanış ola bilərlər. 

http://clb.az/abdulla-aiq_d3088.html

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79