Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

68 saylı uşaq baxçasının balacaları kitabxanamıza ekskursiya etdilər

09-01-2019 23:12

Yanvarın 9-da Yasamal rayonunda yerləşən 68 saylı uşaq baxçasının balacaları kitabxanamıza ekskursiya etdilər. Nağıl otağında uşaqlara 3D formatda hazırlanmış “Cığal sərçə”, “Xoruz”, “Qoğal” nağılları danışıldı. Oxunan nağıllar üzərində maraqlı müzakirələr aparıldı. Balacalar kiçik oxu zalında “Danışan kitablar”la, qeyri-adi formalı – panoramalı, səsli düymələrlə idarə olunan, parçadan hazırlanmış və s. kitablarla tanış oldular. Həmçinin, “Tülkü və Qarğa” nağılı barmaqcıqlı teatrda uşaqlara göstərildi. Balaca fidanlar xoş təəssüratla kitabxanadan ayrıldılar.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79