Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

42 nömrəli tam orta məktəbin 5- ci sinif şagirdləri kitabxanamıza ekskursiya etdilər

10-05-2019 17:00

Mayın 10-da, Nəsimi rayonunda yerləşən 42 nömrəli tam orta məktəbin 5- ci sinif şagirdləri kitabxanamıza ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər nağıl otağında, “Balaca ev”, “Sehrli təbib” cizgi filmini izlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Balacalar kiçik oxu zalında “Danışan kitablar”la, qeyri-adi formalı – panoramalı, hissiyatlı, səhifələndikcə özü oxuyan, səsli düymələrlə idarə olunan, parçadan hazırlanmış və s. kitablarla tanış oldular. Əməkdaşlar, kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar. Uşaqlar kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıldılar.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79