Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

326 saylı tam orta məktəbin müəllim və şagird heyəti kitabxanaya ekskursiya etdilər.

31-01-2017 06:29

30 Yanvar 2017-ci il tarixində Xəzər rayonunda yerləşən  326 saylı tam orta məktəbin müəllim və şagird heyəti F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. İbtidai sinif şagirdləri  kitabxana və onun  ayrı- ayrı şöbələrinin işi ilə yaxından tanış oldular. Oxu zalları və “Nağıl otağı”, bir-birindən maraqlı mövzularla təşkil olunmuş kitab sərgiləri  ilə tanışlıq şagirdlərin xüsusi marağına səbəb oldu. Kiçik oxu zalının əməkdaşı yeni alınmış kitablar haqqında şagirdlərə məlumat verdi, oyuncaq, səsli, diskli kitablardan danışdı. “Nağıl otağı”nda şagirdlər maraqlı nağılları dinlədilər, cizgi filminə baxdılar. Kitablarla bağlı keçirilən viktorinada fərqlənən şagirdlər kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı ilə mükafatlandırıldı. Müəllimlər kitabxana ilə tanışlıqdan məmnun qaldıqlarını bildirdilər və şagirdlərin kitabxanadan müntəzəm istifadə etməsi, məktəbin kitabxanasına lazımlı kitabların səyyar xidmət yolu ilə verilməsi üçün müqavilə bağladılar.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79