28 may - Respublika Gününə həsr olunmuş “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibi məlum oldu
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 28 may - Respublika Gününə həsr olunmuşonlayn viktorina müsabiqəsinin qaliblərini elan etdi.
Əsas məqsəd “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapmasıdır.
“Birlikdə düşünək, birlikdə tapaq” onlayn ailəvi viktorinanın suallarına düzgün cavab verən İbrahimli ailəsi seçildi.
Uşaq Kitabxanası tərəfindən qalib ailəyə 5 kitab hədiyyə edildi.

***
28 May Respublika günü ilə bağlı sual və cavablar
1. Sual: Müstəqil Azərbaycan Dövləti nə vaxt yaradılmışdır?
Cavab:28 May Respublika günü- 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.
2. Sual:“Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin” müdrik kəlamı kimə məxsusdur?
Cavab: ümummilli lider Heydər Əliyev
3. Sual: İstiqlal Bəyannaməsi nə vaxt və harda qəbul olunmuşdur?
Cavab: 1918- ci il mayın 28-də Azərbaycan Milli ŞurasınınTiflisdə keçirilmiş İclasında qəbul olunmuşdur.
4. Sual:Bu dövlətin siyasi quruluşu necə idi?
Cavab:Yaranan dövlət Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarət idi, Ali hakimiyyət Azərbaycan xalqına məxsus idi. Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyəti idi.
5. Sual:Yaranmış bu gənc dövlət necə idarə olunurdu?
Cavab:Bu dövlətin idarə olunması İstiqlaliyyət bəyannaməsinin altıncı maddəsində də qeyd olunduğu kimi məsələ məclisi çağırılanadək Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolun ilə seçdiyi Milli Şura , Milli Şuranın qarşısında cavabdeh olan müvəqqəti hökümət ilə idarə olunurdu. .
6. Sual:İlk müvəqqəti hökümət nə vaxt yaranmışdır və onun rəhbəri kim idi?
Cavab: 1918- ci ildə mayın 28 də yaranmışdı.Onun rəhbəri Fətəli xan Xoyski idi.
7. Sual:Milli Şuraya kim sədrlik edirdi?
Cavab:Milli Şuranın sədrliyinə Müsavat partiyasının lideri Məmməd Əmin Rəsulzadə seçildi.
8. Sual:Cumhuriyyət neçə şəhərdə fəaliyyət göstərmişdir?
Cavab:Tiflis, Gəncə, Bakı
9. Sual:Azərbaycan Xalq Cumhuriyyətini tanıyan ilk dövlət hansı olub?
Cavab:Türkiyə .Türkiyə ilə cumhuriyyət arasında 1918-ci il Batum şəhərində müqavilə imzalanmışdır.
10. Sual:Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu nə vaxt yaradıldı?
Cavab:1918-ci il 26 iyun tarixində
11. Sual:Xalq Cümhuriyyəti tərəfindən yaranan ilk ordumuza dəstəyi ilk hansı dövlət verib?
Cavab: Türkiyə
12. Sual: Cümhuriyyət dönəmində Azərbaycanın səhiyyə naziri kim idi?
Cavab: Mayın 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldı. Cümhuriyyət Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsində 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi (O, görkəmli şairəmiz Nigar Rəfibəylinin atası idi).
13. Sual: Cümhuriyyətdən sonra mühacirət həyatı yaşayan şəxsiyyətlərdən bir neçəsinin adını sadalayın.
Cavab: Ceyhun Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Yusif Ziya Talıbzadə və s.
14. Sual:1918-ci ildə qəbul olunmuş hansı qərara əsasən bu gün də Azərbaycan Respublikası bütün dünyada müstəqil olaraq tanınır?
Cavab: Paris Sülh Konfransı zamanı, 1920-ci il 11 yanvarda Azərbaycanın müstəqil dövlət kimi tanınması haqqında qərar qəbul olunur. İstiqlalın tanınması xəbərini üç gün sonra alan Azərbaycan xalqı bu günü bayam edir.
15. Sual: 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Yaranması Günü ilə əlaqədar müstəqilliyimizi neçə ölkə tanıdı?
Cavab: AXC qısa müddət ərzində çox böyük uğurlara imza atdı. Azərbaycan dünyanın 23 böyük dövləti tərəfindən rəsmən tanındı və 114 min kv. kilometrlik ərazidə öz hakimiyyətinin təmini istiqamətində tədbirlər aldı.
16. Sual: Görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin bu gün də hər bir azərbaycanlının devizinə çevrilmiş fikirlərindən bir neçəsini sadalaya bilərsinizmi?
Cavab: 1. Bir kərə yüksələn bayraq bir daha enməz!
2. İnsanlara hürriyyət, millətlərə istiqlal!
3.İstiqlal verilməz, alınar!
4. Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlallardadır.
17. Sual: Bakıda Azərbaycan Dövlət Bankı nə vaxt və hansı səbəbdən yaradıldı?
Cavab: Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq artmaqda olan idxal-ixrac əməliyyatları və ödənişləri tənzimləmək üçün 1919-cu ilin sentyabr ayının 30-da Bakıda təntənəli surətdə Azərbaycan Dövlət Bankı yaradıldı və kredit bankları açıldı. 1919-cu ilin oktyabrın 25-də kredit bankları və şəhərlərdə əmanət kassaları fəaliyyətə başladı.
19. Sual: Hansı sənəd “İstiqlal bəyannaməsi” adlanır?
Cavab: Milli Şura 1918-ci il mayın 28-də axşam saat 19:10-da Azərbaycanın azadlığa çıxdığını elan etdi. Azərbaycanın istiqlalını, yəni azadlığını bəyan edən bu sənəd tarixdə “İstiqlal bəyannaməsi” adlanır.
20.Sual:İkinci hökümət kabineti nə vaxt yaranmışdır və sədri kim olmuşdur?
Cavab:1918 - ci il iyunun 7-də Gəncə şəhərində yaranmışdır.Bu kabineti Fətəli xan Xoyski təşkil etmişdir.
21.Sual:İkinci hökümət kobinetinin qarşısında duran vəzifə nə olmuşdur?
Cavab: Bakı şəhərini bolşeviklərdən azad etmək olmuşdur.
22.Sual:Azərbaycan xalq cumhuriyyəti nə vaxt Gəncə şəhərinə köçdü?
Cavab:1918-ci il iyunun 16-da
23.Sual: İlk dəfə üçrəngli bayraq ideyasını kim gündəmə gətirib?
Cavab: İlk dəfə üçrəngli bayraq ideyasını Əli bəy Hüseynzadə gündəmə
gətirmişdir.
24.Sual: Azərbaycan Respublikasının Dövlət bayrağı nəyin rəmzidir?
Cavab:Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
25.Sual: Bayrağımızın rəngləri nəyi təmsil edir?
Cavab: Mavi rəng Azərbaycan xalqının türk mənşəli olması, türkçülük ideyası ilə bağlıdır, Qırmızı rəng müasirliyimizi, yəni müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirməsi deməkdir. Yaşıl rəng isə islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.
26.Sual: Bayraqüzərindəayparanəyinsimvoludur?
Cavab: Bayraqüzərindəayparatürkxalqlarınınsimvoludur.
27.Sual: Səkkizguşəliulduzbarədəfikriniziəsaslandırın.
Cavab: SəkkizguşəliulduzAzərbaycansözününəskiəlifbadayazılışıiləbağlıdır. ƏskiəlifbadaAzərbaycan 8 hərfləyazılır.
28.Sual: Cümhuriyyətintarixiiləbağlıhansısənədlifilmlərisadalayabilərsiniz?
Cavab: “Nuri-didəCeyhun” ƏliƏmirlininpyesiəsasında,“Son iclas” və s.
29.Sual: BakıDövlətUniversitetininəsasınə zaman qoyuldu?
Cavab: BakıDövlətUniversitetinintəsisolunmasıhaqqındaqanun 1919-cu
ilin 1 sentyabrındatərtibedildivəbununlamillitəhsilocağınınəsasıqoyuldu.
30.Sual: Millimuzeyimizinadınəidivəneçənciildəyaradıldı?
Cavab: Millimuzeyimiz – “İstiqlal” muzeyi 1919-cu ildəyaradıldı.
31.Sual: MüstəqilAzərbaycandövlətineçə ay yaşadı?
Cavab: MüstəqilAzərbaycandövlətitəəssüfki, cəmi 23 ay yaşadı.
32.Sual: AzərbaycanXalqCumhuriyyətininDövlətRəmzlərihansılardır?
Cavab: AzərbaycanXalqCumhuriyyətininəsasdövlətatributları-Dövlətbayrağı, Dövlətgerbi, DövləthimnivəDövlətmöhürüdür.
33.Sual: AzərbaycanDövlətHimnininmusiqisivəsözlərikiməaiddir?
Cavab: AzərbaycanDövlətHimnininmusiqisiÜzeyirHacıbəyov, sözləriƏhmədCavadaaiddir.
34.Sual:Milli hökümət nə zaman Bakıya köçürüldü?
Cavab:1918-ci il sentyabrın 17- də Bakıya köçürüldü. Bu hökümətin paytaxtı da Bakı şəhəri oldu.
35.Sual:AXC-nin qəbul etdiyi ən mühüm qərarlar hansılardır?
Cavab: Ana dili haqqında qanun, 1918-ci il 27 iyun
Bayrağımız haqqında qanun 1918-ci il noyabrın 9-u
Azərbaycan parlamentinin çağrılması haqqında qanun 7 dekabr 1918-ci il
36.Sual:Parlamentin sədri və müavinləri kimlər olub?
Cavab: Parlamentin sədri Ə. Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov olmuşdur.
37.Sual:III hökümət kabineti nə zaman təşkil olunub?
Cavab: 1918-ci il dekabrın 26 - da Fətəli xan Xoyski tərəfindən təşkil olunmuşdur.
38.Sual:IV, V hökümət kabineti kim tərəfindən və nə vaxt təşkil olunmuşdur?
Cavab: IV hökümət kobineti 1919-cu ilin martında Nəsib bəy Yusifbəyli, V hökümət kobineti 1919-cu ilin dekabrından 1920-ci ilin martına qədər N.Yusifbəyli tərəfindən təşkil olunmuşdur.
39. VI Hökümət kabineti nə vaxt təşkil olunmuşdur?
Cavab: Məmməd Həsən Hacınskiyə tapşırılmışdır.1920-ci il aprelin 1-dən 22-nə qədər bolşeviklərlə danışıq aparmışdır.
40. Sual:Azərbaycan ordusuna kömək məqsədilə qardaş Türkiyədən göndərilmiş ordu necə adlanırdı və bu ordunun başında kim dururdu?
Cavab: Qafqaz İslam ordusu adlanırdı və ordunun başında Nuru Paşa dururdu.
41. Türk Ordusunun köməyi ilə Bakı yadelli işğalçılardan nə vaxt azad edildi?
Cavab:1918 - ci il 15 sentyabr
42.Sual:Azərbaycana kömək üçün gələn Nuru Paşa ilk əvvəl hansı bölgəyə çatdı? Cavab: Gəncə
43.Sual: Gəncədən sonra hansı rayonlar azad edildi?
Cavab: Yevlax, Ağdaş, Göyçay
44.Sual: Bakı uğrunda mübarizədə nə qədər türk əsgəri şəhid olmuşdur?
Cavab: 1130
45.Sual: Azərbaycan yazıçı və şairlərindən hansı şairlər Türklərin Bakını azad etməsinə əsərlər həsr etmişdir?
Cavab:C,Cabbarlı, Əhməd Cavad, Salman Mümtaz, Abdulla Şaiq
46.Sual:Azərbaycan Xalq Cumhuriyyəti mədəniyyət sahəsində hansı yeniliklər etmişdir?
Cavab:1918-ci il avqustun 28- də məktəblər milliləşdi. İlk təhsil naziri Nəsib bəy Yusifbəyli oldu. AXC –nin dövründə Qori müəllimlər Seminariyası F.Köçərlinin fəaliyyəti ilə Qazaxa köçürüldü. 1919-cu il sentyabrın 1-də BDU-nin açılması haqqında qərar verildi. Dərslər 1919-cu il noyabrın 15-də açıldı.100 nəfər azərbaycanlı gənc xaricdə dövlət hesabına təhsil almaq üçün göndərildi. Cumhuriyyətin süqutundan sonra həmin gənclərin aqibəti yaxşı olmadı. Təhsilləri yarımçıq qaldı.Onlar mühacir həyatı yaşadılar. 1919-cu ildə kitabxana təşkil olundu. İstiqlal muzeyi açıldı, teleqraf agentliyi təşkil olundu.Tibb ocağı cəmiyyəti yarandı.
47.Sual: Çırpınırdı qara dəniz,
Baxıb türkün bayrağına.
“Ah” deyərdin heç ölməzdim,
Düşə bilsəm ayağına! nəğməsi kimə məxsusdur?
Cavab:Əhməd Cavad
48.Sual: Cümhuriyyətimizlə bağlı hansı kitabları oxumusunuz?
Cavab:Elnur Raqifoğlu “Azərbaycan Cumhuriyyətini quranlar” Lətif Şüküroğlunun “Cümhuriyyət hökuməti Respublikası məngənəsində”, “Azərbaycan Xalq Cümhuriyyət Ensiklopediyası”, Dilarə Seyidzadənin “Azərbaycan XX əsr əvvəllərində müstəqilliyə aparan yollar”, “Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat”, Nazif Qəhrəmanlının “Nəsib bəy nümunəsi” və s.
49.Sual: Azərbaycan Xalq Cümhuriyyəti neçə müddət yaşadı və devrilməsinə səbəb nə oldu?
Cavab: Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Belə ki, 1918-ci il 28 may ayında yaranan müstəqillik 1920-ci il aprelin 28-də Rusiyanın 11-ci ordu hissələri Azərbaycan sərhədini keçib ölkəmizi işğal etdi. Parlament dinc əhali arasında qan tökməmək üçün hakimiyyəti Azərbaycan bolşeviklərinə təslim etmək tələbini verdilər. Beləliklə, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti devrildi.
50.Sual:Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsası kimə məxsusdur?
Cavab: ulu öndərimiz Heydər Əliyevə
****
1. Müstəqil Azərbaycan Dövləti nə vaxt yaradılmışdır?
2. “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin” müdrik kəlamı kimə məxsusdur?
3. İstiqlal Bəyannaməsi nə vaxt və harda qəbul olunmuşdur?
4. Bu dövlətin siyasi quruluşu necə idi?
5. Yaranmış bu gənc dövlət necə idarə olunurdu?
6. İlk müvəqqəti hökümət nə vaxt yaranmışdır və onun rəhbəri kim idi?
7. Milli Şuraya kim sədrlik edirdi?
8. Cumhuriyyət neçə şəhərdə fəaliyyət göstərmişdir?
9. Azərbaycan Xalq Cumhuriyyətini tanıyan ilk dövlət hansı olub?
10. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu nə vaxt yaradıldı?
11. Xalq Cümhuriyyəti tərəfindən yaranan ilk ordumuza dəstəyi ilk hansı dövlət verib?
12. Cümhuriyyət dönəmində Azərbaycanın səhiyyə naziri kim idi?
13. Cümhuriyyətdən sonra mühacirət həyatı yaşayan şəxsiyyətlərdən bir neçəsinin adını sadalayın.
14. 1918-ci ildə qəbul olunmuş hansı qərara əsasən bu gün də Azərbaycan Respublikası bütün dünyada müstəqil olaraq tanınır?
15. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Yaranması Günü ilə əlaqədar müstəqilliyimizi neçə ölkə tanıdı?
16. Görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin bu gün də hər bir azərbaycanlının devizinə çevrilmiş fikirlərindən bir neçəsini sadalaya bilərsinizmi?
17. Bakıda Azərbaycan Dövlət Bankı nə vaxt və hansı səbəbdən yaradıldı?
18. Hansı sənəd “İstiqlal bəyannaməsi” adlanır?
19. AXC dövründə İkinci hökümət kabineti nə vaxt, hansı şəhərdə yaranmışdır və sədri kim olmuşdur?
20. İkinci hökümət kobinetinin qarşısında duran əsas vəzifə nə olmuşdur?
21. Azərbaycan Xalq Cumhuriyyəti nə vaxt Gəncə şəhərinə köçdü?
22. İlk dəfə üçrəngli bayraq ideyasını kim gündəmə gətirib?
23. Azərbaycan Respublikasının Dövlət bayrağı nəyin rəmzidir?
24. Bayrağımızın rəngləri nəyi təmsil edir?
25. Bayraq üzərində aypara nəyin simvoludur?
26. Səkkizguşəli ulduz barədə fikrinizi əsaslandırın.
27. Cümhuriyyətin tarixi ilə bağlı hansı sənədli filmləri sadalaya bilərsiniz?
28. Bakı Dövlət Universitetinin əsası nə zaman qoyuldu?
29. Milli muzeyimizin adı nə idi və neçənci ildə yaradıldı?
30. Müstəqil Azərbaycan dövləti neçə ay yaşadı?
31. Azərbaycan Xalq Cumhuriyyətinin Dövlət Rəmzləri hansılardır?
32. Azərbaycan Dövlət Himninin musiqisi və sözləri kimə aiddir?
33. Milli hökümət nə zaman Bakıya köçürüldü?
34. AXC-nin qəbul etdiyi ən mühüm qərarlar hansılardır?
35. AXC dövründə Parlamentin sədri və müavinləri kimlər olub?
36. AXC dövründə III hökümət kabineti nə zaman və kimin başçılığı ilə təşkil olunub?
37. IV, V hökümət kabineti kim tərəfindən və nə vaxt təşkil olunmuşdur?
38. VI Hökümət kabineti nə vaxt təşkil olunmuşdur?
39. Azərbaycan ordusuna kömək məqsədilə qardaş Türkiyədən göndərilmiş ordu necə adlanırdı və bu ordunun başında kim dururdu?
40. Türk Ordusunun köməyi ilə Bakı yadelli işğalçılardan nə vaxt azad edildi?
41. Azərbaycana kömək üçün gələn Nuru Paşa ilk əvvəl hansı bölgəyə çatdı və həmin bölgə düşmənlərdən azad edildi?
42. Gəncədən sonra hansı rayonlar azad edildi?
43. Bakı uğrunda mübarizədə nə qədər türk əsgəri şəhid olmuşdur?
44. Yazıçı və şairlərimizdən kimlər Türklərin Bakını azad etməsinə əsərlər həsr etmişdir?
45. Azərbaycan Xalq Cumhuriyyəti mədəniyyət sahəsində hansı yeniliklər etmişdir?
46. Çırpınırdı qara dəniz,
Baxıb türkün bayrağına.
“Ah” deyərdin heç ölməzdim,
Düşə bilsəm ayağına!
şeirinin müəllifi kimdir?
48. Cümhuriyyətimizlə bağlı hansı kitabları oxumusunuz?
49. Azərbaycan Xalq Cümhuriyyəti neçə müddət yaşadı və devrilməsinə səbəb nə oldu?
50. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsası kimə məxsusdur?
Cavabları saat 15.00-a kimi info@clb.az, ushaqkitabxanasi@gmail.com, childlibbaku@yahoo.com ünvanlarına göndərməlisiniz. Cavabları ən tez göndərən ailə qalib elan ediləcək və sosial şəbəkələrdəki hesablarımız vasitəsi ilə elan olunacaq. Xahiş edirik, cavabları göndərərkən ad, soyad və əlaqə nömrənizi qeyd etməyi unutmayın.
***
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 28 May Respublika Günü ilə bağlı ailəvi onlayn viktorina elan edir.
Viktorina 21 may tarixində keçiriləcək.
Viktorinanın keçirilməsində əsas məqsəd, “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə valideynlərin övladları ilə evdə qaldıqları müddətdə sualları birgə cavab tapmasıdır.
.jpg)
.jpg)






