265 saylı tam orta məktəbin 3-cü sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiya etdilər.
12 Mart 2017- ci il tarixində Xətai rayonu 265 saylı tam orta məktəbin 3-cü sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiya etdilər. Kitabxananın elmi işlər üzrə direktor müavini uşaqlara kitabxananın adını daşıdığı Firidun bəy Köçərli haqqında geniş məlumat verdi. Sonra uşaqları kitabxana ilə yaxından tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar müəllimələri ilə birgə kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə yaxından tanış oldular. Sonra Nağıl otağında şifahi xalq ədəbiyyatımizin inciləri olan Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Xüsusi zövqlə tərtib olunmuş Nağıl otağı və kiçik oxu zalı kitabxanaya ekskursiyaya gələn hər bir uşağın marağına səbəb oldu. Məktəbin müəllim və şagird kollektivi kitabxanada tərtib olunan müxtəlif mövzulu sərgilər ilə tanış oldular. Ekskursiya xatirə şəkilləri çəkilməsi ilə başa çatdı.




.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)



