Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

22 iyul - Azərbaycanda Milli Mətbuat Günü münasibəti ilə onlayn viktorinın qalibi açıqlandı

23-07-2021 13:28

2 iyul - Azərbaycanda Milli Mətbuat Günü münasibəti ilə təşkil olunan onlayn viktorinın qalibi müəyyən edildi.

Onlayn viktorinın keçirilməsində əsas məqsəd Azərbaycanda Milli Mətbuat tarixinin keçdiyi şərəfli yolu öyrənmək və cəmiyyətdəki əhəmiyyətli rolunu vurğulamaqla, yeniyetmə və gənclər arasında bu sahəyə maraq oyatmaqdır.

Respublika Uşaq Kitabxanasının www.clb.az internet ünvanında, facebook və instagram sosial şəbəkələri vasitəsi ilə yayımlanan viktorinanın suallarına çoxsaylı iştirakçılar qatıldı.

Qeyd edilən zaman çərçivəsində  suallara düzgün cavab verməklə Viktorinanın qalibi 1994-cü il təvəllüdlü Apayev Bəxtiyar oldu.O 30 sualdan  26-na düzgün cavab yazmışdır.

Qeyd edək ki, qalibə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 3 kitab hədiyyə ediləcək.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79