22 iyul - Azərbaycanda Milli Mətbuat Günü münasibəti ilə onlayn viktorina keçiriləcək
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 22 iyul - Azərbaycanda Milli Mətbuat Günü münasibəti ilə onlayn viktorina keçirir.
Əsas məqsəd Azərbaycanda Milli Mətbuat tarixinin keçdiyi şərəfli yolu öyrənmək və cəmiyyətdəki əhəmiyyətli rolunu vurğulamaqla, yeniyetmə və gənclər arasında bu sahəyə maraq oyatmaqdır.
Viktorinanın sualları 22 iyul, saat 14:00- dan 14:30-dək Respublika Uşaq Kitabxanasının www.clb.az internet ünvanında, facebook və instagram sosial şəbəkələrində yayımlanacaq.
Oxucular 30 dəqiqə ərzində suallara cavabı Respublika Uşaq Kitabxanasının info@clb.az, ushaqkitabxanasi@gmail.com, childlibbaku@yahoo.com poçt ünvanlarına göndərməlidirlər.
Qalibə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 3 kitab hədiyyə ediləcək.
Onlayn viktorinanın qalibi haqqında məlumat sosial şəbəkələrdəki hesablarımız vasitəsi ilə açıqlanacaq.






