Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

215 saylı tam orta məktəbin 4-cü sinif şagirdləri kitabxanamıza ekskursiya etdilər

13-03-2018 19:08

05 mart 2018- ci ildə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı, Sabunçu rayon 215 saylı tam orta məktəbin 4-cü sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə yaxından tanış oldular. Sonra məktəblilər nağıl otağında Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Kitabxana, ekskursiyaya gələn hər bir uşağın böyük marağına səbəb oldu.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79