Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

`20 Yanvar tarixin qan yaddaşı` adlı virtual sərgi

20-01-2021 09:51

F.Köçərli adına Respublika Uşaq Kitabxanası clb.az saytının multimedia bölməsində  "20 Yanvar tarixin qan yaddaşı" adlı virtual sərgini oxuculara təqdim etdi. 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgidə Almaz Ülvinin “ Müharibə ağrılarım”,  Hacı Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Nəziman Əyyubun “Kəpəz”, Davud Dəmirli “Vətən imtahan verir”, Fəridə Hacıyeva” Bağışla, Vətən, bağışla”, digər yazıçı və şairlərin  əsərləri tam mətnlə yerləşdirilib. Təqdim olunan virtual sərgidə  18 kitab və dövri mətbuatda dərc olunan materiallar oxucuların istifadəsindədir.

Şəhidlərin əziz xatirəsinə ithaf olunmuş virtual sərgi ilə aşağıdakı şəkilə tıklayaraq tanış ola bilərsiniz.

20 YANVAR




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79