2 aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “Hər zamanın nağılçısı – H.X.Andersen” adlı virtual kitab sərgisi oxuculara təqdim edildi
F.Köçərli adına Respublika Uşaq Kitabxanası pandemiya dövründə həyata keçirdiyi tədbirlər çərçivəsində 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr etdiyi “Hər zamanın nağılçısı – H.X.Andersen” adlı virtual kitab sərgisini oxuculara təqdim etdi. Virtual sərgidə ədəbiyyatlardan 2-si qızıl fonddan olmaqla azərbaycan və rus dillərində 29 kitab tammətinli yerləşdirilmişdir. Sərginin təşkil olunmasında əsas məqsəd uşaqların intellektual inkişafında mühüm rol oynayan məşhur nağılçı Andersenin nağıllarını oxuculara sevdirmək və mütaliəyə həvəsi artırmaqla onların informasiya tələbatını ödəməkdir.
Qeyd edək ki, 2 aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “Hər zamanın nağılçısı – H.X.Andersen” adlı virtual sərgi 1967-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin anadan olduğu gün ilə əlaqədardır.
Oxucular virtual sərgi vasitəsi ilə “Sehirli nağıllar”, “Qar Kraliçası”, “Nağıllar”, “Волшебный Мир”, “Огниво”, “Волшебный зонтик”, “Сказки” və s. müxtəlif maraqlı kitablardan yararlanacaqlar.







