189-190 saylı tam orta məktəbin I sinif şagirdləri kitabxanamıza ekskursiya etdilər
Yanvarın 25-də Səbail rayonunda yerləşən 189-190 saylı tam orta məktəbin I sinif şagirdləri kitabxanamıza ekskursiya etdilər. Nağıl otağında uşaqlara 3D formatda hazırlanmış “Tıq-tıq xanım”, “Xoruz”, “Qoğal” nağılları danışıldı. Oxunan nağıllar üzərində maraqlı müzakirələr aparıldı. Balacalara “Çirkin ördək balası” və “Düyməcik” cizgi filmləri göstərildi. Daha sonra kiçik oxu zalında “Danışan kitablar”la, qeyri-adi formalı – panoramalı, səsli düymələrlə idarə olunan, parçadan hazırlanmış və s. kitablarla tanış oldular. Burada həmçinin, “Tülkü və Qarğa” nağılı barmaqcıqlı teatrda uşaqlara göstərildi. Balaca fidanlar xoş təəssüratla kitabxanadan ayrıldılar.




.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)



