Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

176 saylı orta məktəbin 4- cü sinif sagirdləri ilə Novruz Bayramı şənliyi keçirildi.

16-03-2018 09:20

15 mart 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı,Yasamal rayon 176 saylı orta məktəbin 4- cü sinif sagirdləri ilə Novruz Bayramı şənliyi keçirdi. Tədbir, bayram təbrikləri ilə başladı. Şənlikdə məktəblilər Novruz bayramı ilə əlaqədar hazırladıqları maraqlı şeirlər və səhnəciklərlə çıxış etdilər. Şənlik, şagirdlərin hazırladıqları bir-birindən maraqlı rəqs nömrələri ilə davam etdi. Sonra, şagirdlərin əl işlərindən ibarət səməniləri  dəyərləndirildi. Qaliblərə kitabxana tərəfindən təsis edilən “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79