Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

164 nömrəli tam orta məktəbin şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər

13-02-2020 16:57

Fevralın 13-də Nəsimi rayonunda yerləşən 164 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər.  Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Uşaqlar nağıl otağında Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Kiçik oxu zalında danışan, səsli, gözdən əlillər üçün çap olunmuş Brayl şriftli kitablarla, disklər, pazllar və s. tanış oldular. Məktəblilər kitabxanadan şən əhval- ruhiyyə ilə ayrıldılar.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79