Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

15 aprel – Beynəlxalq Mədəniyyət gününə həsr olunmuş tədbir keçirildi.

14-04-2017 11:47

Aprelin 13-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 15 aprel – Beynəlxalq Mədəniyyət gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Era liseyinin və  H.Sarabski adına 7 saylı Musiqi məktəbinin şagirdləri,  kitabxana əməkdaşları, oxucular və valideynlər iştirak edirdi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova öz çıxışında bildirdi ki, 15 aprel mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. 1935-ci il aprelin 15-də “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması imzalanıb. 1998-ci ildə “Mədəniyyətin müdafiəsi beynəlxalq liqası” adlı ictimai təşkilat bu tarixin “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. Həmin tarixdən 15 aprel bir sıra ölkələrdə qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycan dövlətinin mədəniyyət siyasəti bu gün də çox uğurla davam edir. Bizim mədəniyyətimiz dünya üçün anlaşıqlıdır. Çünki tarixən dünya mədəniyyəti ilə sıx təmasda yaranıb. Musiqimizdə qədim, orta əsrlərin, ən müasir dövrün təranələri, elementləri var. Buna görə də mədəniyyətimizi dünyaya təqdim edərkən yad təsir bağışlamırHər hansı bir mədəniyyət formasını inkişaf etdirmək zaman və zəhmət tələb edir. Oxumaq mədəniyəti bunun bir hissəsidir. Bu mədəniyyət formasına hər birimiz yiyələnməliyik.  Mütəmadi mütaliə etmək isə nəinki təhsildə iqtisadi uğura aparır, o həm də insanın sosial və vətəndaşlıq hissini oyadır. Sosioloqlar belə hesab edir ki, kitablar həyatı yaxşıya doğru dəyişdirir. Mədəni olmağın başlıca yolu mütaliədən başlayır.Tədbir iştirakçıları musiqi məktəbinin şagirdlərinin ifasında saz havasından tutmuş klassik musiqiyə qədər çalınan gösəl əsərləri piano, nağara, fleyta, klarnet, saksafon və digər musiqi alətlərinin müşayiəti ilə dinlədilər. Xorun ifası tədbiri daha da canlandırdı. Tədbirdən sonra iştirakçılar kitabxananın foyesində Beynəlxalq Musiqi Gününə həsr olunmuş “Musiqi- səmimiyyət məbədi” adlı geniş kitab sərgisi ilə tanış oldular. 7 saylı Musiqi məktəbinin direktoru Mehriban xanım təşkil olunmuş tədbirlə əlaqədar kitabxana rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi. 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79