1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn görüş keçirildi
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 95 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn görüş keçirildi.
Qeyd edək ki, onlayn görüşdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə, Elmi-analitik, informasiya və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin əməkdaşı Günel Nağdəliyeva, Azərbaycan Respublikası Təhsil Nazirliyi məktəbdənkənar fəaliyyətin sektor müdiri Qeyrət Şirəliyev, Bakı Şəhəri Baş Təhsil İdarəsinin Ümumtəhsil sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikası Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, Xətai Rayonu İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov,Yeni Həyat Humanitar ve Sosial Dayaq İctimai Siyasi Birliyinin sədri Nailə İsmayılova, Sağlamlıq imkanları məhdud olan 3 nömrəli xüsusi təhsil məktəbinin difektoloq loqopedi Fəridə Tağıyeva, 5 nömrəli xüsusi internat məktəbinin direktoru İradə Vəzirova, Nəsimi Gənclər İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev, Xətai rayonu Gənclər İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov iştirak etdilər.
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş görüşə, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2-3-5 saylı xüsusi internat məktəblərinin istedadlı uşaqları da qoşulmuşdular.
.jpg)
Görüşün keçirilməsində əsas məqsəd, uşaqların vətənpərvər ruhda, sağlam, savadlı böyümələrinin gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaq, onlara sevinc və təbəssüm bəxş etmək idi.
Onlayn görüş çərçivəsində, uşaqların rəsm əsərləri nümayiş edildi, onların ifasında şeirlər, mahnılar təqdim olundu.
Çıxış edən qonaqlar, hələ zamanında ümummilli lider Heydər Əliyevin göstərişi ilə dövlət tərəfindən uşaqların hüquqlarının hərtərəfli qorunması üçün lazımı qərarların verildiyi, onlara böyük diqqətin göstərildiyi və hazırda da bu siyasi kursun ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdılar. Sonra, gələcəyimiz olan uşaqları 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ürəkdən təbrik edib, onlara xoşbəxt gələcək arzuladılar.
Görüşdə çıxış edən Ş.Qəmbərova, Respublika Uşaq Kitabxanasının illərdir uşaqların kitab və kitabxanalara, elmə, təhsilə mütaliəyə ümumilikdə intellektlərinin inkişafı üçün biri-birindən səmərəli layihələrə imza ataraq bu istiqamətdə yorulmadan sevərək fəaliyyət göstərdiyini vurğuladı. Qeyd etdi ki, uşaqlara diqqət və qayğı dövlətin siyasətində vacib yer tutur, uşaqlar üçün imkanlar ildən-ilə genişləndirilir. Yurdumuzun gözəl balalarının belə sağlam, savadlı, sülh şəraitində yetişməsi gələcəyimizdə parlaq və sarsılmaz olacağının təminatıdır. O, bütün uşaqları əlamətdar gün münasibəti ilə təbrik etdi və onlara uğurlar arzuladı.
Görüş, xoş təsüratlarla yekunlaşdı.






