1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar “Biz həyatı seçirik” adlı tədbir keçirildi.
30 noyabr 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar “Biz həyatı seçirik” adlı tədbir keçirildi. F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Nəsimi rayonunda yerləşən Akif Abdullayev adına 211 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kitabxananın əməkdaşları və yuxarı sinif şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktor müavini Z.Dadaşova şagirdlərin bütün bəşəriyyətin ümumi bəlası olan QİÇS-ə qarşı birgə mübarizə aparmağa və ayıq-sayıq olmağa çağırdı. Həmçinin, QİÇS və onun yoluxma yolları haqqında geniş məlumat verdi. Bildirdi ki, hazırda dünyada 33 milyondan çox HİV-ə yoluxmuş insan yaşayır. Azərbaycanda müvafiq dövlət təşkilatları QİÇS əleyhinə ciddi və səmərəli iş aparır. QİÇS-in qarşısının alınması üçün cəmiyyətdə, xüsusilə də yeniyetmələr arasında maarifləndirici tədbirlərin müntəzəm olaraq keçirilməsinin vacibliyini xüsusi vurğuladı. Tədbir çərçivəsində, məktəblilərin təqdimatında maraqlı səhnəciklər, şeirlər, mahnılar ifa olundu, maarifləndirici videoroliklər göstərildi. Sonda, mövzu ilə əlaqədar maraqlı diskussiya da keçirildi. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd, problemin bir daha diqqətə çatdırılması, HİV/QİÇS-ə yoluxma və bu virusdan qorunmağın yolları, qarşısının alınması üçün qabaqlayıcı tədbirlər və müalicə barədə tədbir iştirakçılarını məlumatlandırmaq idi.




.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)



