Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Yubilyar kitablar və yazıçılar 2019-cu ildə” layihəsi çərçivəsində keçirilən müsabiqənin növbəti mərhələsi

29-11-2019 12:59

Noyabrın 28-də, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin təkilatçılığı ilə “Yubilyar kitablar və yazıçılar 2019-cu ildə” layihəsi çərçivəsində keçirilən müsabiqənin növbəti mərhələsi keçirildi. Tədbirdə, Bakı şəhəri 6, 95, 257 və 151 nömrəli tam orta məktəbin müxtəlif sinif şagirdlərinin ifasında, İ.A.Krılov “Qarğa və Tülkü”, “Meymun və gözlük”, “Kvartet”, “Sandıq” və Musa Cəlilin şeirləri əsasında kompozisiya təqdim olundu. Müsabiqənin keçirilməsində əsas məqsəd, uşaqların diqqətini kitaba və mütaliəyə yönəltmək, məktəbliləri klassiklərin yaradıcılığı ilə yaxından tanış etmək idi.  




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79