Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Ümumdünya ucadan oxu günü“ münasibətilə tədbir keçirdi.

05-03-2018 11:55

02 mart 2018-ci ildə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı, Yasamal rayon 176 saylı orta məktəbin 1- ci sinif şagirdləri ilə “Ümumdünya ucadan oxu günü“ münasibətilə tədbir keçirdi. İlk əvvəl uşaqlar kitabxanaçıların hazırladıqları kitab sərgisi ilə tanış oldular. Tədbir çərçivəsində kitabxana əməkdaşları şagirdlərə ucadan oxumaq üçün müxtəlif maraqlı nağıl kitabları təqdim etdilər. Tədbirin sonunda, kitabları böyük diqqət və məharətlə ifa edən məktəblilər, kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalı ilə dəyərləndirildi.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79