Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Beynəlxalq Cizgi Filmləri Günü ilə əlaqədar bir sıra cizgi filmlərini izləmişdir.

09-04-2018 17:28

5 Aprel 2018-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Cizgi Filmləri Günü ilə əlaqədar Nəsimi rayonundakı 6 saylı uşaq bağçasının körpələri Nağıl otağında bir sıra cizgi filmlərini izləmişdir. Tədbirdə “Şəngülüm, Şüngülüm, Məngülüm” və Hans Xristian Andersenin eyni adlı kitabı əsasında çəkilmiş “Çirkin ördək balası” və “Düyməcik” cizgi filmlərinə baxılmış, sonra isə müzakirəsi keçirilmişdir. Xidmət şöbəsinin əməkdaşı uşaqlara kitabların, mütaliənin əhəmiyyətindən danışmış, bütün cizgi filmlərinin də kitablarda oxuduğumuz nağıllar əsasında çəkildiyini izah etmişdir. Balacalar kiçik oxu zalında “Danışan kitablar”la, qeyri-adi formalı – panoramalı, hissiyatlı, səhifələndikcə özü oxuyan, səsli düymələrlə idarə olunan və s. kitablarla tanış olmuş, kitabxanadan gözəl təəssüratlarla ayrılmışlar.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79