Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

İyun

30-11-2016 22:41

Dədə Qorqud hekayələri / Haz. və rəs. Fatih M.Durmuş. - Bakı: “TEAS Press” Nəşriyyat evi. Üç Alma  uşaq ədəbiyyatı, 2016. - 176 s: şək.

Türk dilindən tərcümə olunaraq nəşr olunan bu gözəl tərtibatlı kitabda XII-XIV əsrlər arasındakı bir zaman kəsiyində Azərbaycanı, Şərqi və Cənub-Şərqi Anadolunu özlərinə yurd seçmiş Oğuzların məişətini, dilini, tarixini, ədəbiyyat və mədəniyyətini əks etdirən  dinamik və rəngarəng hekayələrdən ibarət “Dədə Qorqud” dastanları oxuculara təqdim olunur.

 

 

Fırfır sağlıklı olmayı öğreniyor: [kiçikyaşlı məktəblilər üçün hekayə]. - Ankara: Koza Yayın Dağıtım AŞ, 2011. - 16 s. : il. - (Fırfırın serüvenləri ; 5).

“Fırfırın serüvenleri” kitabları balaca ayı balasının başına gələn hadisələri nəql edir. Bu kitabda Fırfırın xəstələnməsi və buna görə məktəbə gedə bilməməsi haqqında danışılır. Fırıfırın anası həkim çağırır və o, Fırfıra sağlam olması üçün məsləhətlər verir və dərman  yazır. Fırfır bütün bunlara əməl edir və sağalır. Bundan sonra o, bir daha xəstələnməmək üçün sağlam həyat tərzi keçirməyə qərar verir. Kitab çox rəngarəng illüstrasiyalarla balaca oxuculara təqdim olunur.

 

 

Fırfır trafik kurallarını öğreniyor: - Ankara: Koza Yayım Dağıtım AŞ, 2011. - 16 s. : il. - (Fırfırın serüvenleri ; 4)

Balaca ayı balası Fırfır bu dəfə yol hərəkəti qaydalarını öyrənir. Arzu etdiyi velosipedi əldə edən Fırfır nəqliyyatın sıx hərəkət etdiyi yola çıxır. Yol polisi onun velosipedini əlindən alır. Əvvəlcə çaşıb qalan Fırfır məktəbdə müəlliminin köməyi ilə yol hərəkəti qaydalarını öyrənir. Axşam evə gələndə yol polisinin velosipedini qaytardığını görür. Atası ona bundan sonra velosipedini həyətdə sürməyi tapşırır.

Hiver, J. Kar tavukları = Afacan Tavşanla ormanda dört mevsim: Afacan Tavşanın maceraları [kiçikyaşlı məktəblilər üçün hekayə]. - İstanbul: Kaknüs, 2015. - 16 s. : renkli il. - ( Zeka küpü).

Dəcəl dovşan meşənin kənarında, yeraltındakı yuvasında yaşayır. Bacarıqlı barmaqları və dahiyanə fikirləri vardır. Hər gün bir-birindən maraqlı alətlər icad edir. Dostlarının dərdlərinə, sıxıntılarına ağıllı  əlaclar tapır. Buna görə də ona Ağıl Dəryası deyirlər. Meşədəki bütün heyvanlar onu çox sevirlər. Qış mövsümü gəlib. Qar yağmağa başlayıb. Dəcəl dovşan da qış yuxusuna gedəcək dostları ilə sağollaşmağa gedir...

 

 

Xəlil, Z. Çınqı: nağıl. - Bakı : SkyG, 2016. - 48 s. : il.

Görkəmli uşaq yazıçısı, Beynəlxalq Müsabiqələr laureatı Zahid Xəlilin bu yeni povestində kibrit dənəsi boyda balaca qığılcım olan Çınqının başına gələn maraqlı əhvalatlardan söhbət açılır. Çınqı Moskvada doğulur, sonra isə Azərbaycana gəlir. Yol boyu onu müxtəlif maraqlı hadisələr izləyir. Kitabı oxusanız bu maraqlı əhvalatlarla tanış olacaqsınız.

 

 

 

Paşayev, Q. Nostradamusun möcüzəli aləmi. - Bakı :  Təhsil, 2007. - 760 s. : foto.

Ədəbiyyatşünas, folklorçu, professor Qəzənfər Paşayevin üzərində yeddi ildən artıq işlədiyi bu kitab bəşər tarixində ən məşhur öncəgörən olmuş Mişel Nostradamusa həsr olunub. Görücünün əsrlərlə öncə yazdıqlarının möcüzəli şəkildə yerinə yetməsi, özündən çox-çox sonra dünyaya gələn bir çox tarixi şəxsiyyətlərin nəinki talelərini, adlarını, hətta hakimiyyət müddətlərini dəqiq göstərməsi, bizim bilmədiyimiz çox mətləblərdən söz açır. Bu kitabın oxucular üçün çox maraqlı olacağı şübhəsizdir.



366 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79