Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

İyun

31-10-2017 10:37

Bədəlov, Musa Əbdülhüseyn oğlu (Hacı).Sənin maraq dünyan "Hər şeydən, hər yerdən / M. Ə. Bədəlov ; red. Q. Əliyev ; rəy. İ. Babayev ; dizayn Ü. Quliyeva. - Bakı : Nərgiz, 2014. - 204 s. : şək., rəngli foto

"Məktəb kitabxanası" seriyasından növbəti kitabımız Hacı Musa Bədəlovun "Sənin maraq dünyan hər şeydən, hər yerdən" adlanır. Əsasən orta yaşlı məktəblilər - 10 - 14 yaşlı oxucuları nəzərdə tutan bu seriyada H.Mirələmovun "Vicdanın cəzası", İlyas Əfəndiyevin "Ovcunun hekayəti", Solmaz Muxtarovanın "Yaşıl dünyanın nağılı", Vəfa Rəşidqızının "İbn Sina sevgilisini soraqlayır" adlı bədii kitabları bu qəbildəndir. Bu seriyadan bədii kitabla yanaşı elmi-kütləvi, tarixi kitabların da nəşri nəzərdə tutulmuşdur. Oxuculara təqdim olunan bu kitab formaca elmi - kütləvi məzmunca ensiklopedik məzmunlu kitabdır.

 

Dadaşov, Aydın.Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr : Monoqrafiya / A. Dadaşov ; elmi red. V. R. Qafarov ; red. S. M. Həsənova ; rəy.: A. Ə. Babayev, N. M. Mehdi, S. M. Həsənova ; Azəbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Polygraphig production, 2015. - 712 s. : foto

Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor, ADMİU-nun Kinoşunaslıq kafedrasının müdiri Aydın Ərşad oğlu Dadaşov "Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr" monoqrafiyasında kino sənətinin yaranma və inkişaf prosesinin mövcud nəzəri əsaslarla, müqayisəli təhlil metodu ilə izləməklə, təhlilə cəlb olunan filmləri mövzu, struktur, üslub və janr problemləri istiqamətində araşdırır. Monoqrafiya AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasının 08 may 2015-ci il tarixli 5 saylı qərarı ilə çapa məsləhət görülüb.

 

Hacıyeva, Mina.Azərbaycan muğam fəlsəfəsi / M. Hacıyeva ; red.: T. Bakıxanov, F. İsmayılov ; rəy. M. Mirzəyev [et al.] ; rəs. M. Tağıyeva ; bur.məsul S. İsmayılova ; Azəbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Şərq-Qərb, 2016. - 200 s. : rəngli foto, ill.

Br çox elmi kitabların və monoqrafiyaların müəllifi olan Mina Hacıyeva oxucularını bu dəfə "Azərbaycan muğam fəlsəfəsi" kitabı ilə sevindirmişdir. Kitabda bir çox Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti açılmış, hər bir muğam ayrı-ayrılıqda fəlsəfi aspektdən təhlil olunmuşdur. Kitab muğamsevənlər, musiqi akademiyasının müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur.

 

 

Xınalı, Zəminə. Qəhrəman Həzi : Poema = Герой Ази : Поема / Z. Xınalı ; red. T. A. Abbaslı ; rəy. H. Mirələmov ; ön söz Ç. Abdullayev. - Bakı : Təknur, 2015. - 124 s. : foto, rəngli foto ;

"Qəhrəman Həzi" poeması hərbçi-şairə Zəminə Xınalının oxucularla növbəti görüşüdür. Poema iki dəfə Sovet ittifaqı Qəhrəmanı, tank qoşunları General-Mayoru Həzi Aslanovun əfsanəvi qəhrəmanlığına həsr olunmuşdur. Şairə poemada Həzinin uşaqlıq illərindən, yeniyetməliyindən və keçirdiyi şərəfli döyüş yolundan bəhs edərək, dolğun bir əsər yaratmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

Moem, Uilyam Somerset. Teatr : Seçilmiş əsərləri / U. S. Moem ; red. G. Nəsib ; tərc.ed. Yaşar ; Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında tərcümə mərkəzi. - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2016. - 568 s. : portr. ;

Oxuculara təqdim olunan bu kitaba yazıçının məşhur Teatr romanı, pyes və novellaları daxil edilib.

 

 

 

Sinifdənxaric oxu : 5 -ci sinif / red., tərt.ed. N. Cabbarlı ; naşir M. F. Fərziyev. - Bakı : Hədəf Nəşrləri, 2015. - 231 s. : foto ; 20 sm. - (İnci uşaq ədəbiyyatı)

Kitabda Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütailə mədəniyyətinin formalaşması ilə bağlı tədbirlər barədə" əmrinə əsasən hazırlanmış metodik vəsaitdə verilən tövsiyyələr nəzərə alınmışdır.

 

 

Şuşinski, Firidun. Azərbaycan musiqi xəzinəsi / F. Şuşinski ; red. V. Quliyev ; tərt.ed., nəşrə hazır., ön söz A. Kənan ; Azəbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Vətənoğlu NP MMC, 2015. - 672 s. : foto ;

Azərbaycanın əməkdar incəsənət xadimi, musiqişünas Firidun Şuşinskinin "Azərbaycan musiqi xəzinəsi" adlı bu samballı əsəri əvvəlki nəşrlərdən fərqli olaraq təkmilləşdirilmiş şəkildə yenidən geniş oxucu kütləsinə təqdim olunur. Burda xalq musiqisi və onun tanınmış nümayəndələri haqqında ilk dəfə ətraflı məlumat verilir. Kitabda Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Zabul Qasım, Segah İslam, Hüseynqulu Sarabski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski ilə bərabər, oxuculara məlum olmayan neçə-neçə sənətkar haqqında da qiymətli məlumatlar var. Bu oçerklərin hər biri ciddi, ağır, bitkin bir tədqiqatın nəticəsidir.



33 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79