Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

İyul

30-11-2016 22:56

 

Dillerde dolaşan deyimlerin gerçek öyküleri / Hazırlayan Selim Gündüzalp. - İstanbul: Zafer Yayınları, 2014. - 144 s. : il. -  (Deyimler və öyküler ; 3).

Türk dilində olan bu kitabda əsrlərdən bəri xalq arasında yaranıb dillərdən dillərə düşən deyimlərin gerçək hekayələri təqdim olunur. Bu deyimlərin içində bizdə də işlənən deyimlər vardır. Bu kitabı oxuyarkən çox yığcam və maraqlı hekayələrlə tanış olacaqsınız.

 

 

 

Çakıcıoğlu, E. Kötü şaka / resim K.Sinem. - İstanbul: Nemesis kitap, 2014. - 48 s. : renkli il. - (Bıcırık öykü dizisi ; 6+yaş qrubu).

Bıcırık çox sevimli, ağıllı bir uşaqdır. Atasını və anasını çox sevir. Dostları ilə də çox yaxşı münasibətləri var. Siz Bıcırık adlı bu balaca oğlanın macəralarını oxuyarkən həm də cəmiyyət içindəki  qaydaları, dost və ailə münasibətlərini öyrənəcəksiniz. Cəmiyyət içindəki həyatın yanlış və doğrularını anlayacaqsınız. Kitab rəngarəng illüstrasiyaları ilə də marağınıza səbəb olacaq.

 

 

 

Demiray, M. Güner. Kuşları düşünmek : Çocuk şiirleri. - Ankara: Koza Yayın Dağıtım AŞ, 2009. - 80 s. : renkli il.

Türk şairi M.Güner Demiray 1940-cı ildə anadan olub. Uzun illər türk dili və ədəbiyyatından dərs deyib. Şairin şeirlərinin əsas mövzusunu insan xoşbəxtliyinin təməlinin sevgi, mehribanlıq, mədəni insan kimi yaşamağın olduğu təşkil edir. Bu şeirlərdə insana, təbiətə, vətənə sevgi başlıca yer tutur.

 

 

Uysal, A. Enik nasıl Bıdık oldu?. - Ankara: Koza Yayın Dağıtım, 2015. - 96 s. : (Gökçe Martı öykü dizisi ; 5).

Müasir türk uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ahmet Uysalın 10 kitabdan ibarət “Gökçe Martı öykü dizisi”ndə Gökçe Martı, Ceren və dostlarının qeyri-adi sərgüzəştləri ilə tanış olacaqsınız. Bu hekayələri oxuyarkən özünüzü dağları, adaları, meşələri Cerenlə birgə gəzmiş kimi hiss edəcəksiniz. Göylərdə isə həmişə Gökçə Martı qanad çalacaq...

 



104 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79