Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

İyul

31-10-2017 10:58

 

Arşın mal alan - 100 / Azəbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; baş red. S. Bektaşi ; lay.rəhb. S. Fərəcov ; tərt.ed.: A. Heydərova, T. Xudaverdiyeva ; rəs.: H. Hacıyev, M. Tağıyeva ; fotoq. S. İmanov ; bur.məsul S. İsmayılova. - Bakı : Şərq-Qərb, 2016. - 320 s. : portr., foto, şək.,

Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının səhnəyə qoyulmasının 100 illiyi münasibətilə nəşr olunan bu kitabda ölməz əsərin yazılması ilə bağlı dahi Üzeyir Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və. s. yer almışdır. İstər teatr səhnəsində, istər ekranlarda, istərsə də səyahət etdiyi ölkələrdə "Arşın mal alan" həmişə maraqla qarşılanmış, tamaşaçıların zövqünü oxşamışdır. Burada yalnız Üzeyir Hacıbəylinin ev-muzeyinin fondunda qorunub saxlanılan materiallar verilmişdir. Kitab bütövlükdə musiqisevərlər, xüsusən Üzeyir Hacıbəyli yaradıclığı ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

 

Azərbaycan uşaq ədəbiyyatı antologiyası / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; red., tərt.ed., lay.rəhb. Q. İsabəyli, rəs. İ. Mehdiyev, rəs. A. Mehdiyeva. I cild : Foklor. - Bakı : Renessans, 2016. - 432 s. : rəngli il. ; 28 sm

Son illər istər dövlət səviyyəsində, istərsə də özəl nəşriyyatlar tərəfindən uşaq ədəbiyyatının nəşri sahəsində maraqlı layihələr həyata keçirilir, rəngli-illüstrativ kitablar-kitabçalar nəşr edilir. Bu kitabda həm aşağı siniflər, həm də yuxarı yaşlı məktəblilər üçün kifayət qədər bədii material toplanılmışdır. Birinci cild bütünlüklə Azərbaycan uşaq folkloru nümunələrindən seçilib, tərtib edilib. Materiallar xronolojı ardıcıllıqla tərtib olunmuşdur.

 

 

Azərbaycan uşaq ədəbiyyatı antologiyası / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; red., tərt.ed., lay.rəhb. Q. İsabəyli, rəs. İ. Mehdiyev, rəs. A. Mehdiyeva. . II cild : Foklor. - Bakı : Renessans, 2016. - 432 s. : rəngli il. ; 28 sm

Son illər istər dövlət səviyyəsində, istərsə də özəl nəşriyyatlar tərəfindən uşaq ədəbiyyatının nəşri sahəsində maraqlı layihələr həyata keçirilir, rəngli-illüstrativ kitablar-kitabçalar nəşr edilir. Bu kitabda həm aşağı siniflər, həm də yuxarı yaşlı məktəblilər üçün kifayət qədər bədii material toplanılmışdır. Birinci cild bütünlüklə Azərbaycan uşaq folkloru nümunələrindən seçilib, tərtib edilib. Materiallar xronolojı ardıcıllıqla tərtib olunmuşdur.

 

 

"Gənclər - İnnovasiyalar - Kitabxanalar" Azərbaycan - Rusiya elmi-praktiki konfransın materialları = Молодежь - Инновации-Библиотеки материалы Азербайджанского - российской научно-практической конференции / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti ; lay.rəhb. Ə. Qarayev ; elmi məsl. V. Əliyev ; tərt.ed.: L. Məmmədova, X. Məmmədov ; tərc.ed. O. Qəbələli. - Bakı : Renessans, 2016. - 256 s. : rəngli foto

Bu topluda kitabxanaların yeni tələblərə və müasir çağırışlara adekvat olaraq yeni formata transformasiyasına və kitabxanalarda texnoloji vəsaitlərə əsaslanan qabaqcıl funksiyaların tətbiqinə, kitabxana-informasiya sahəsində dinamikanı şərtləndirən dəyişikliklərin vacibliyinə, beynəlxalq təcrübədə özünü doğrultmuş layihələrə dair Azərbaycan-Rusiya elmi-praktiki konfransınada çıxış edən mütəxəssislərin məzurələri ehtiva olunub.

 

Xasbulatov, Ruslan İmran oğlu. Beynəlxalq iqtisadi münasibətlər / R. İ. Xasbulatov ; elmi red. Ş. H. Hacıyev ; rus dil. tərc.ed. R. Ş. Hacıyev. - Bakı : Zərdabi LTD MMC, 2015. - 808 s.

Kitabda beynəlxalq iqtisadi münasibətlərin müasir sisteminin əsas problemləri, onların formaları və təzahürləri nəzərdən keçirilir, nəzəriyyə və metodologiya məsələlərinə böyük diqqət yetirilir. Burada istehsal amillərinin beynəlxalq miqyasda hərəkəti, beynəlxalq ticarət ve beynəlxalq valyuta-maliyyə münasibətlərinin dinamikası, tənzimləmə orqanlarının, transmilli korporasiyaların fəaliyyəti, strukturu və təkamülünün yeni istiqamətləri açıqlanır. Müəllif beynəlxalq əmək qüvvəsi bazarının, milli və beynəlxalq əmək miqrasiyasının məzmununu, müasir formalarını və tənzimlənməsi üsullarını açıqlayır, beynəlxalq iqtisadi təşkilatların fəaliyyətini təhlil edir. Dünya ölkələrinin beynəlxalq iqtisadi münasibətlərdə, dünya təsərrüfatında gedən proseslərdə işturakı barədə məlumat verilir. XXI əsrdə bəşəriyyətin qlobal problemlərinin əsas əlamətləri və xüsusiyyətləri göstərilir. Müəllimlər, elmi işçilər, tələbələr, iş adamları, habelə dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər problemləri ilə maraqlananlar üçündür.

 

 

Kelimbetov, Nemət. Türk xalqlarının qədim ədəbi abidələri / N. Kelimbetov ; baş red. S. Bektaşi ; lay.rəhb.: Ç. Əlioğlu, R. Majenqızı ; ön söz K. Kelimbetov ; rus dil. tərc.ed.: F. Xudanlı, E. Əli ; bur. məsul S. İsmayılova ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Şərq-Qərb, 2016. - 432 s.

Qazax ədəbiyyatının tarixi qazax ictimai, sosial və siyasi həyatını bədii formada inikas etdirən misilsiz irsdir. Dünyanın digər xalqları kimi, qazax xalqı da qədim dövrlərdən bəri formalaşan və daim inkişaf edərək təkmilləşən, orijinal, unikal maddi və mənəvi mədəniyyətə sahibdir. Qazaxıstan və Orta Asiya xalqlarının ədəbiyyat və dil tarixinin öyrənilməsi üçün qədim yazı və ədəbi mənbələri, bu xalqların ortaq mirası olan salnamə və şəcərə, eləcə də o dövrün ayrı-ayrı yaradıcı şəxslərin əsərlərinə nəzər yetirmək lazımdır. Bu çox əhəmiyyətli bir müddəadır. Axı, həqiqətən də hələ qəbilələr dövründə qazaxlar, özbəklər, azərbaycanlılar, türkmənlər, uyğurlar, qaraqalpaqlar, tatarlar və digər türk mənşəli xalqlar özlərini müəyyən edənə qədər bir-birlərinə sıx bağlı olmuş, bir yerdə köç və inkişaf etmişlər. Odur ki qədim türkdilli tayfalar tərəfindən yaradılan mədəni və ədəbi irs bütün bu xalqların ortaq tarixi mənəvi mirasıdır.



22 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79